Cümə , Oktyabr 18 2024
azfa

Gündəlik Arxivlər: Oktyabr 11, 2023

Prezidenti İlham Əliyev: Dağlıq Qarabağ adlı qurum tarixdə heç vaxt olmayıb

GADTB: Ondan başlayım ki, Dağlıq Qarabağ adlı qurum tarixdə heç vaxt mövcud olmayıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən deyib. Dövlət başçısı qeyd edib ki, 1805-ci ildə Rusiya imperiyasının tərkibinə daxil olmuş Qarabağ xanlığı …

Ətraflı oxu »

Molla rejiminin həbs etdiyi azərbaycanlı fəal Əmirhüseyn Ağayinin taleyindən heç bir məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəal Əmirhüseyn Ağayinin taleyindən heç bir məlumat verilmir. Azərbaycan Milli Hərəkatının fəallarından olan Əmirhüseyn Ağayi 28 gündür ki, molla rejimin ETTELAAT qüvvələri tərəfindən Təbrizdəki iş yerindən qaçırılaraq ETTELAAT İdarəsinə aparılmışdır. Azərbaycanlı milli fəalın valideynlərinin davamlı müraciətlərinə, ailəsinin …

Ətraflı oxu »

Molla rejimin həbs etdiyi azərbaycanlı fəalın atasını hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktyabrın 1-də Tehranda həbs edilən azərbaycanlı fəal İbrahim Əvəzzadənin atası Həmid Əvəzzadə oğlu ilə bağlı dövlət orqanlarına müraciət edərkən hədələnib. Həmid Əvəzzadə oğlunun həbs edilməsindən keçən 11 gün ərzində onun taleyi barədə heç bir məlumat ala bilmədiyi üçün aidiyyəti dövlət orqanlarına müraciət edib. …

Ətraflı oxu »

İsrail Həmasa qarşı 300 minlik ordu topladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail Həmasa qarşı 300 minlik ordu toplayaraq, Qəzzəyə göndərir. İsrail ordusunun sözçüsü polkovnik Conatan Konrikus bu məsələyə toxunaraq deyib ki, olduqca ağır itkilər verdik. Ancaq bu bizi çaşdırmayacaq və qətiyyətimizi zəiflətməyəcək. Qəzzadan daha dəhşətli videolar gələcək. Onun sözlərinə görə, İsrail ordusu Qəzza zolağı …

Ətraflı oxu »

Azərbaycanlı vəkil Məhəmmədrza Fəqihinin işi üzrə məhkəmə təxirə salınıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən azərbaycanlı vəkil Məhəmmədrza Fəqihinin məhkəməsi baş tutmalı idi, lakin İnqilab Məhkəməsinin hakimi Əbulqasim Salavati onun vəkillərindən birinin iclasda iştirakına mane olduğu üçün baş tutmayıb. Məhəmmədrza Fəqihi “ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək niyyəti ilə toplaşmaq və sövdələşmə” ittihamı ilə mühakimə olunmalı idi. Məhəmmədrza …

Ətraflı oxu »

Azərbaycanda casusluqda ittiham olunan İran vətəndaşına hökm oxunub

GADTB: Məhkəmənin hökmü ilə Astana Babək Süleyman 12 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Astana Babək Süleyman mayın 27-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham verilib. 48 yaşlı Astan Babək Təbrizdəndir, milliyyətcə azərbaycanlıdır, ailəlidir, 4 uşaq atası, ixtisasca həkim və …

Ətraflı oxu »

“Leyli və Məcnun” Təbrizdə tamaşaya qoyulur

GADTB: Oktyabrın 16-da Təbrizin Tərbiyət Mədəniyyət Mərkəzində “Leyli və Məcnun” tamaşası səhnəyə qoyulacaq. Kult.az xəbər verir ki, bu barədə Təbrizin yerli mediası məlumat yayıb. Bildirilib ki, tamaşanın səhnəyə çıxarılmasına bir həftə qalmış biletlərin hamısı satılıb. Yaqub Sadiq Camalinin rejissoru olduğu tamaşanın böyük maraq doğurmasının səbəbi səhnə əsərinin Azərbaycan dilində olması …

Ətraflı oxu »