Çərşənbə , İyul 15 2026
azfa

Aylıq Arxivlər: İyun 2026

Abbas Ləsani və Yusif Karinin məhkəməyə aparılması cəhdi nəticəsiz qaldı

GADTB: Azərbaycanlı mədəni fəallar Abbas Ləsani və Yusif Karinin Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsində keçirilən iclasa aparılması üçün göstərilən cəhdlər nəticəsiz qalıb. Məlumata görə, Evin həbsxanasının rəhbərliyi məhkəmə çağırışını aldıqdan sonra 7-ci korpusun karantin bölməsində saxlanılan Abbas Ləsani və Yusif Karinin məhkəməyə aparılması üçün hazırlıq görsə də, hər iki siyasi …

Ətraflı oxu »

Azərbaycanlı fəal Yusif Sələhşurun 1 illik həbs hökmü apellyasiya məhkəməsində qüvvədə saxlanılıb

GADTB: Şərqi Azərbaycan vilayətinin 26 saylı Apellyasiya Məhkəməsi azərbaycanlı türk fəal Yusif SəlƏhşur barəsində çıxarılmış hökmü dəyişdirmədən təsdiqləyib və qərar qəti qüvvəyə minib. Qərara əsasən, Yusif Sələhşur “İran İslam Respublikasının quruluşu əleyhinə təbliğat aparmaq” ittihamı ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, ona əlavə cəza kimi 2 il …

Ətraflı oxu »

Molla rejimi azərbaycanlı fəal Fatimə Atəşi Xiyavinin şərti azadlığa buraxılması tələbini rədd etdi

GADTB: Evin həbsxanasında saxlanılan azərbaycanlı fəal Fatimə Atəşi Xiyavinin şərti azadlığa buraxılması ilə bağlı müraciəti rədd edilib. Şəhid Müqəddəsi Hökm İcra Şöbəsi Fatimə Atəşi Xiyavinin müraciətini qəbul etməyib. Beləliklə, o, cəzasının yarıdan çoxunu çəkməsinə baxmayaraq, həbs müddətini Evin həbsxanasında davam etdirəcək. Fatimə Atəşi Xiyavi 1403-cü ilin 5 isfənd tarixində Evin …

Ətraflı oxu »

Molla rejimi Gürcüstanda təsirini genişləndirməyə çalışır

GADTB: İsrailin baş naziri Benyamin Netanyahunun sabiq müşaviri Simon Bulşteyn Gürcüstanda İranla əlaqəli təşkilat və strukturlar şəbəkəsinin fəaliyyət göstərdiyini iddia edib. Bulşteyn «Israel Hayom» qəzetində dərc olunan məqaləsində ABŞ-nin Hudson İnstitutunun araşdırmasına istinad edərək bildirib ki, Tehran dini, təhsil və ictimai təşkilatlar vasitəsilə Gürcüstandakı təsir imkanlarını genişləndirməyə çalışır. Məqalədə analitik …

Ətraflı oxu »

Türkiyənin yeni raketi İsraili qorxuya salıb

GADTB: Türkiyənin İHA-230 raketini əldə etməsi İsraildə böyük ajiotaj yaradıb. İsrailin “Maariv” qəzeti yeni raketin bölgədəki hərbi vəziyyəti dəyişdirə biləcəyini bildirib. Nəşr həmçinin Türkiyənin daha uzaq mənzilli layihələr üzərində işlədiyini də yazıb. Qəzetin təhlilində bildirilib ki, İHA-230 pilotsuz uçuş aparatlarından (PUA) atıla bilən səsdən sürətli raketdir və xüsusi olaraq hücum …

Ətraflı oxu »

Azərbaycanlı siyasi və mədəni fəalların həbs hökmlərinin ləğvi tələbi ilə petisiya yayımlandı

GADTB: Bir qrup mədəni fəalı və sakin tərəfindən yayımlanan petisiyada azərbaycanlı siyasi, vətəndaş və mədəni fəallar barəsində çıxarılmış hökmlərin ləğv edilməsi və bütün azərbaycanlı siyasi və vətəndaş məhbusların azadlığa buraxılması tələb olunub. 1405-ci ilin 13 xordad tarixində yayımlanan petisiyada imzaçılar azərbaycanlı fəalların saxlanılması, mühakimə olunması və onlar haqqında ağır həbs …

Ətraflı oxu »

ABŞ İranla ehtimal edilən razılaşma üçün nüvə ekspertləri qrupu formalaşdırır

GADTB: ABŞ administrasiyası İranla ehtimal edilən nüvə razılaşmasının həyata keçirilməsi üçün texniki hazırlıqlara başlayıb. Axios nəşrinin məlumatına görə, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkpf və Ağ Evin müşaviri Cared Kuşner Tennessi ştatında yerləşən Oak Ridge Milli Laboratoriyasına səfər edərək potensial razılaşmanın icrasında iştirak edə biləcək mütəxəssislərlə görüşüblər. Tramp administrasiyası Tehranla hərbi …

Ətraflı oxu »

27 günlük hüquqi mübarizədən sonra azərbaycanlı körpəyə türk adı ilə doğum şəhadətnaməsi verildi

GADTB: Azərbaycanlı ailə 27 gün davam edən hüquqi mübarizədən sonra Sərskənd (Həştrud) Qeydiyyat İdarəsini məhkəmədə məğlub edərək oğullarına “Elyar” türk adı ilə doğum şəhadətnaməsi almağa nail olub. Körpənin atası Əbülfəz Paşanijad #Balamın_Adı kampaniyasına bildirib ki, oğulları 1405-ci ilin 20 fərvərdin tarixində dünyaya gəlib və onlar uşağa “Elyar” adını seçiblər. Bu …

Ətraflı oxu »

ABŞ İranda bir neçə hədəfi vurub

GADTB: ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, Hörmüz boğazı istiqamətində hərəkət edən İranın dörd kamikadze pilotsuz uçuş aparatı ABŞ qüvvələri tərəfindən məhv edilib. Bundan bir neçə saat sonra İranın Küveyt və Bəhreyn istiqamətində yeddi ballistik raket atdığı bildirilib. CENTCOM hücum dronlarının bölgədəki dəniz nəqliyyatına birbaşa təhlükə yaratdığını qeyd edib. ABŞ …

Ətraflı oxu »

Azərbaycanlı vəkil Məhəmməd Təriqətə qarşı yeni ittiham aktı hazırlandı

GADTB: Üskü şəhərinin Ümumi və İnqilab Prokurorluğunun prokurorluq şöbəsi vəkil və Vəkillər Kollegiyasının üzvü Məhəmməd Təriqət İsfəncaniyə qarşı yeni ittiham aktı hazırlayıb. Məlumata görə, vəkilə qarşı irəli sürülən yeni ittihamlar “insanları zorakılıq xarakterli əməllərə təhrik və təşviq etmək” və “dövlət quruluşu əleyhinə təbliğat aparmaq” kimi göstərilib. Prokurorluq bu əsasla onun …

Ətraflı oxu »