Şənbə , Avqust 22 2026
azfa

Xaricdə yaşayan azərbaycanlılar üçün “Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat başladı!

GADTB: Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə həyata keçiriləcək layihənin məqsədi xaricdə yaşayan soydaşlarımıza ana dilini, milli kimliyi öyrətmək, milli şüurlu insan kapitalı formalaşdırmasını və qorunmasını təmin etməkdən ibarətdir.

Yaş qrupları:

✅Kiçik yaş qrupu: 6–10 yaş

✅Orta yaş qrupu: 11–13 yaş

✅Yuxarı yaş qrupu: 14–18 yaş

Tədris prosesi:

🔹Onlayn dərslər 15 sentyabr 2025-ci ildən etibarən başlayacaq.

🔹Dərslər həftədə 2–3 dəfə olmaqla onlayn şəkildə keçiriləcək.

🔹Təcrübəli müəllimlər tərəfindən tədris edilən dərslər interaktiv və maraqlı formada aparılacaq.

Proqram 3 səviyyədə – başlanğıc, orta, yüksək – olmaqla hazırlanıb.

Müraciət və seçim:⤵️

Layihədə iştirak etmək istəyən şəxslər yaş qruplarına, dil bilik səviyyələrinə və vaxt zonalarına uyğun olaraq qruplara bölünəcəklər və dərslərə qoşulacaqlar. Bunun üçün əvvəlcədən təşkil ediləcək qısa dil yoxlamasından keçmək tələb olunur.

Qeyd edək ki, proqramı uğurla başa vuran iştirakçılara Azərbaycan dilini bilmə səviyyəsinə uyğun sertifikat təqdim olunacaq.

🔗 Qeydiyyat üçün link: https://forms.gle/VNgBnBysP4Mzb9rHA

Həmçinin yoxlayın

İran həbsxanalarında azərbaycanlı fəalların hüquqlarının pozulması: Kameraların tez-tez dəyişdirilməsi, tibbi xidmətlərdən məhrumetmə…

GADTB: Azərbaycanlı milli fəallar İranın Evin, Təbriz, Ərdəbil və digər həbsxanalarında ağır və narahatedici şəraitdə …

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …