Cümə axşamı , Oktyabr 29 2026
azfa

Səhənd stadionunda milli şüarlar səsləndi: “Azərbaycan oğluyam, sonra Traxturçuyam”- Video

GADTB: Təbrizin Səhənd stadionunda keçirilən Azərbaycanın “Traxtur” – İraqın “Əl-Şurta” futbol qarşılaşması zamanı azarkeşlər müxtəlif vaxtlarda güclü milli şüarlar səsləndiriblər.

Azarkeşlərin stadionu bürüyən əsas şüarları bunlar olub:

“Azərbaycan oğluyam, sonra Traxturçuyam”

“Urmiyə gölü can verir, Məclis onun qətlinə fərman verir”

“Türk dilində mədrəsə, olmalıdır hər kəsə”

“Urum, Zəncan, Ərdəbil — bu səs Təbrizdən gəlir”

Bu şüarlar oyunun müxtəlif dəqiqələrində gur şəkildə səslənsə də, Səhend regional telekanalının əməkdaşları canlı yayımda stadionun səsini dərhal kəsiblər. Buna baxmayaraq, şüarların videoları sosial şəbəkələrdə geniş şəkildə yayılıb və istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb.

https://t.me/GADTB1/46813

Həmçinin yoxlayın

Urmiyanın “Durnalar Yuvası”nda azarkeşlər milli şüarlar səsləndirib – Video

GADTB: Urmiya şəhərindəki “Durnalar Yuvası”nda azərbaycanlı azarkeşlər milli şüarlar səsləndiriblər. “Türk dilində mədrəsə olmalıdır hər …

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …