Şənbə , İyun 20 2026
azfa

Türkiyə İranla əlaqəli casus şəbəkəsini zərərsizləşdirib

GADTB: Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) bu ölkənin polisi ilə birgə, aylarla davam edən intensiv araşdırmalardan sonra İrana bağlı casus şəbəkəsini müəyyən edərək zərərsizləşdirib.

Əməliyyat çərçivəsində 6 şübhəli şəxs saxlanılıb.

Türkiyə rəsmilərinin açıqlamasına görə, sözügedən şəbəkəyə İranın iki kəşfiyyat əməkdaşı — Nəcəf Rüstəmi (ləqəbi “Hacı”) və Mehdi Yekkedəhqan (ləqəbi “Doktor”) rəhbərlik edib.

Məlumata əsasən, bu casus şəbəkəsinin üzvləri Adanada yerləşən İncirlik Hərbi Hava Bazası barədə foto və video materiallar toplamaqla məşğul olublar. Qeyd olunur ki, İncirlik bazası NATO üçün və ABŞ–Türkiyə hərbi əməkdaşlığı baxımından strateji əhəmiyyət daşıyır.

 Türkiyənin təhlükəsizlik qurumları vurğulayıb ki, əməliyyatın vaxtında həyata keçirilməsi milli təhlükəsizliyə və müttəfiqlərin maraqlarına qarşı mümkün düşmən fəaliyyətlərin qarşısının alınmasına imkan verib.

Həmçinin yoxlayın

Hörmüz boğazının mərkəzi hissəsi hələ də bağlıdır; 80 dəniz minası təhlükə yaradır

GADTB: Britaniyanın “The Guardian” nəşri yazır ki, Hörmüz boğazının mərkəzi hissəsi hələ də təxminən 80 …

İsrailli ekspert: Türkiyə ilə İsrail arasında 8 əsas gərginlik ocağı var; “Türkiyə yeni İrandır”

GADTB: İsrailli siyasi təhlilçi Eytan Lasri Türkiyə ilə İsrail arasında münasibətlərin son onilliklərin ən gərgin …