Şənbə , Oktyabr 31 2026
azfa

Ekoloqlardan xəbərdarlıq: “Xəzər dənizinin səviyyəsi kəskin azalır”

GADTB: İranın ətraf mühit qurumları Xəzər dənizində müşahidə olunan sürətli su azalması ilə bağlı ciddi narahatlıqlarını ifadə edərək, bölgənin ən mühüm ekosistemlərindən biri üçün artan risklər barədə xəbərdarlıq ediblər.

İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının Dəniz Çirklənməsinin Tədqiqi və Nəzarəti Departamentinin rəhbəri Omid Sədiqinin sözlərinə görə, Xəzər dənizinin səviyyəsi 1995-ci ildən bəri ümumilikdə təxminən 2,5 metr aşağı düşüb.

Onun bildirdiyinə görə, bu azalmanın təxminən 1 metri yalnız son dörd-beş il ərzində baş verib ki, bu da prosesin son dövrdə əhəmiyyətli dərəcədə sürətləndiyini göstərir.

Mütəxəssislər dayazlaşmanın ekoloji və iqtisadi nəticələrinin qarşısını almaq məqsədilə regional fəaliyyət planı üzərində iş aparıldığını bildiriblər. Sənədin bu yay Tehranda keçiriləcək beş Xəzəryanı ölkənin COP7 sammitində müzakirəyə çıxarılması nəzərdə tutulur./ Azad İran

Həmçinin yoxlayın

ABŞ müttəfiqlərinə seçkilərdən sonra yeni hücum dalğasının başlaya biləcəyi barədə xəbərdarlıq edib

GADTB: MS NOW telekanalı Körfəz sahilində yerləşən ərəb ölkələrinin üç yüksək vəzifəli rəsmisinə istinadən xəbər …

Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu: Koləng Qəzla kompleksi bir neçə mərtəbədən ibarət ola bilər

GADTB: Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu (ISIS) hesabatında bildirib ki, Nətənz uranın zənginləşdirilməsi obyektinin yaxınlığında …