Cümə , Oktyabr 30 2026
azfa

Urmiyada Güney Azərbaycan folklorik teatr festivalı keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərində Azərbaycanın qərb bölgəsinin şəhərlərinin Azərbaycan türkcəsində birinci folklorik teatr festivalı fevral ayında keçiriləcək.

Qərbi Azərbaycan vilayətinin İncəsənət Qurumunun rəisi Əhəd Huşmənd bu barədə mətbuata açıqlama verərək deyib:

“Birinci Azərbaycan folklorik teatr festivalı Azərbaycan türkcəsində fevralın 13-dən 16-dək Urmiya şəhərində keçiriləcək. Urmiya, Sulduz və Xoy şəhərlərindən 14 qrup festivala qatılmaq istəyib. Əsərlər qiymətləndirildikdən sonra 9 qrupun əsərləri festivalda yarışa çıxarılacaq”.

O həmçinin deyib: “Biz məsullar inanmalıyıq ki, toplumun inkişafı yalnız texnologiya ilə əldə olunmur. Bunun üçün ictimai inkişaf və mədəniyyət lazımdır, məhz bu nöqtədə incəsənətin rolunu hiss etmək mümkündür.

Tamaşa, səhnə sənətlərinin anasıdır və mədəniyyət yaratmaqda, onu inkişaf etdirməkdə xüsusi rol oynayır. Ona görə də festivalın keçirilməsindən əsas məqsəd əyalətin istedadlı sənətklarlarını tanıtdırmaqla yanaşı tamaşa vasitəsi ilə Azərbaycan əhalisinin dəyərlərini tanıtdırıb və canlandırmaqdır”.

Həmçinin yoxlayın

Azərbaycanlı uşağa Kayahan adına görə 94 gündür molla rejimi doğum haqqında şəhadətnamə vermir

GADTB: Təbrizdə rejimin Əhalinin Vəziyyətinin Qeydiyyatı İdarəsi türk mənşəli “Kayahan” adı ilə bağlı bir uşağa …

Ted Kruz: “İslam Respublikasını devirmək üçün iranda etirazçıların silahlandırılmasını təklif etmişəm”

GADTB: ABŞ-ın Respublikaçılar Partiyasından olan senatoru Ted Kruz bildirib ki, Donald Tramp İslam Respublikasının yaratdığı …

Bir cavab yazın