Şənbə , İyun 27 2026
azfa

Rejimin təzyiqlərinə baxmayaraq Sulduzda Azərbaycan şəhidlərinə anım mərasimi keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin təhlükəsizlik qüvvələrinin törətdiyi maneələrə baxmayaraq 2006-ci ildə Güney Azərbaycanda Milli Qiyamın ildönümü münasibətilə Sulduzda Azərbaycan şəhidlərinin anım mərasimi keçirilib.

Dünən şənbə günü mayın 25-də çox sayda azərbaycanlı milli-mədəni fəal  Sulduzda şəhidlərin məzarı başına toplaşıb və onları anıblar.

Rejimin təhlükəsizlik qüvvələri yığıncağın keçirilməsinə mane olmaq məqsədilə bir çox fəalın mərasimə qatılmasına imkan verməyib. Onlar hətta bir neçə fəalı isə saxlayıb. Buna baxmayaraq fəallar şəhidlərin məzarı başına toplaşa biliblər.

Keçirilən mərasimdə Azərbaycan şəhidləri və Güney Azərbaycan türk millətinin milli hüquqları ilə bağlı şeirlər oxunub və tanınmış sulduzlu fəal Musa Ziya Gərgəri çıxış edib.

Mərasim Azərbaycanın milli marşının oxunması ilə sona çatıb.

Qeyd edək ki, 2006-cı ildə Güney Azərbaycanda fars irqçiliyi və işğalına qarşı baş verən qiyamda rejim çox sayda Azərbaycan türkünü şəhid etmişdi.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əli Babayi telefon danışığı və görüş hüququndan məhrum edilib

GADTB: Altı aydır Təbriz Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Əli Babayinin həyat yoldaşı …

İrqçi fars-molla rejimin qurduğu sistemdə əhalinin 60 faizi gələcəyə ümidini itirib

GADTB: İran Daxili İşlər Nazirliyinin dərc etdiyi rəsmi sorğunun nəticələri ölkədə ictimai narazılığın yüksək səviyyədə …

Bir cavab yazın