Çərşənbə axşamı , May 7 2024
azfa

Güney Azərbaycanda havanın çirklənməsi əhalinin sağlamlığını təhlükəyə salıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz, Urmiya və başqa Azərbaycan şəhərləri bir həftədən artıqdır həddindən artıq çirklənib və bir neçə gündür məktəblərdə bağlanıb. Rəsmilər havanın çirklənməsinin səbəbini avtomobillər və zavodların tüstü və tullantıları göstərməyə cəhd etsələr də, əslində səbəbi başqa yerdə axtarmaq lazımdır. Çünki, Azərbaycan şəhərləri nə fars şəhərləri qədər zavoda, nə də nəqliyyat vasitələrinə malikdir. Yoxsa İsfahan, Şiraz, Məşhəd, Yəzd və s. onda gərək artq hava çirkliliyinə görə tərk ediləydilər.

Bir məsələ də aydındır ki, Urmiya gölünün tədrici qurudulması son 5-6 ildə Güney Azərbaycanın iqlim şəraitini pozub, yağıntıların həcmini azaldıb, havanın çirklənməsinə və torpaqların şoranlaşmasına gətirib çıxarıb. Bunun da nəticəsində Azərbaycan türklərinin məqsədli şəkildə həyatı və dolanışığı ciddi təhlükəyə düşüb. Lakin İran rejiminin rəsmiləri buna etiraf etmək istəmirlər. Çünki, bu onların qəsdən həyata keçirdikləri planın nəticəsidir.

Güney Azərbaycanda mətbuat orqanlarının məlumatına görə artıq Urmu gölü ətrafında yerləşən və heç bir zavodu olmayan kiçik şəhərlərdə də ciddi hava çirklənməsi müşahidə edilir. Bütün bunlar isə Urmiya gölü bərpa edilməyənə qədər havanın çirklənməsinin ortadan qalxmayacağını sübut edir.

Həmçinin yoxlayın

Türkiyənin “Kaan”ın təyyarəsi ikinci sınaq uçuşunu həyata keçirdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin beşinci nəsil qırıcısı “Kaan” ikinci sınaq uçuşunu …

Qaşqay türklərindən Azərbaycana qarşı çıxış edən iranlı millət vəkilinə tutarlı cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran parlamentinin radikal deputatı Cəlal Rəşidi Kuçinin Azərbaycana …

Bir cavab yazın