Cümə axşamı , Oktyabr 22 2026
azfa

Türkiyə ilə düşmənçilik edən İrana tibbi yardımdan sonra İran tərəfi təşəttür etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyada Suriya ordusu adı altında, İraqda PKK terorçusuna yardım etməklə, Liviyada isə Həftərə dəsk olmaqla türk əsgərlərinə qarşı döyüşən fars-molla rejimi Çin koronavirusu yayılandan sonra ən çox yardımı Türkiyədən alıb.

Bu gün Türkiyədən yenidən böyük həcmdə tibbi yardım İrana yola salınıb.

İranın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Fərazmənd yardımdan sonra Türkiyəyə tibbi ləvazimatlarla bağlı təşəkkür edib.

Səfir koronavirusun dünyada bənzəri olmayan böhrana yol açdığını bildirib:

“Sanksiyalar tətbiq edən ABŞ Avropa ölkələrinin İrana humanitar yardım göndərməsinə icazə vermədi. Türkiyə isə bu mövzuda İrana dəstək oldu”.

Qeyd edək ki, bu gün yenidən Türkiyə İrana Çin koronavirusu ilə mübarizə üçün çox sayda tibbi ləvazimat və s. göndərib.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Bir cavab yazın