Şənbə , İyun 27 2026
azfa

Molla rejimi Xorasan türklərinin qeyri-maddi mədəni irsini kürdlərin adına qeydiyyata aldı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi bu ilin fevral ayında Xorasan türklərinin qeyri-maddi mədəni irsini kürdlərin adına qeydiyyata aldı.

Aşağıdakı qeydiyyat sənədlərindən göründüyü kimi türklərin musiqisi, adət-ənənəsi, kulinariyasi və s. sahələrinə aid olan qeyri-maddi mədəni irsini kürdlərin adına qeydiyyata alıblar. Hətta qeyri-maddi mədəni irs nümunələrinin adı da türkcədir:

Qaraqurut adı dəyişdirilmədən qaraqurut kimi,

Çillə çıxdı- çillə çov kimi,

Sarı yağ – run zərd kimi,

Türk məskə fətiri- kürmancı məskə fətiri kimi,

Türk kilimi- küd süfrəsi kimi,

Durağ- quru kürmancı qatığı kimi qeydiyyata alınıb.

Mətndən də müşahidə edildiyi kimi Qoşa musiqisi də hətta adının türkcə olmasına baxmayaraq kürd musiqisi kimi qeydiyyata alınıb.

Həmçinin bütün türklərdə olan “motal bendiri” də kürdlərin qeyri-maddi mədəni irsi kimi qeydiyyata alınıb.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əli Babayi telefon danışığı və görüş hüququndan məhrum edilib

GADTB: Altı aydır Təbriz Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Əli Babayinin həyat yoldaşı …

İrqçi fars-molla rejimin qurduğu sistemdə əhalinin 60 faizi gələcəyə ümidini itirib

GADTB: İran Daxili İşlər Nazirliyinin dərc etdiyi rəsmi sorğunun nəticələri ölkədə ictimai narazılığın yüksək səviyyədə …

Bir cavab yazın