GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən iyulun 17-də Türkiyənin Əskişəhir şəhərində yaşayan və təhsil alan azərbaycanlı öyrənci və milli-mədəni fəalların iştirakı ilə Güney Azərbaycanda siyasi məhbuslara azadlıq tələb edilməklə, Şimali Azərbaycana dəstək verilib və erməni təcavüzünü pislənmişldir.
Azərbaycan bayraqları ilə mitinqə qatılan azərbaycanlılar yazılı plakatlar qaldırıb və işğaıçı Ermənistanın Azərbaycan ərazilərinə qarşı növbəti təcavüzünü pisləmişlər. Aksiya iştirakçıları Azərbaycan ordusuna dəstək nümayiş etdirmişlər.
Aksiyaçılar həmçinin “Azərbaycan var olsun, Lisani azad olsun”, “Azərbaycan var olsun, məhbuslar azad olsun”, “Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün”, “Azərbaycan candadır, bozqurdlar zindandadır” və “Sən çağırsan gələrəm mən, sən yaşa Azərbaycan” şüarları səsləndirərək, irqçi fars rejimin azərbaycanlı siyasi məhbuslara qarşı qəddarlığını pisləyiblər.
Aksiya iştirakçıları rejimin həbs etdiyi azərbaycanlı siyasi məhbuslara, o cümlədən Abbas Lisani, Lətif Həsəni və başqa həbs edlmiş fəalara azadlıq tələb etmişlər.