Şənbə , Avqust 29 2026
azfa

Türkiyə Fransaya sərt xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Fransaya antitürk hərəkətləri ilə bağlı sərt xəbərdarlıq etdi.

Türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, Aralıq dənizində və ya başqa bir coğrafiyada hər hansı bir ölkənin dəniz yurisdiksiyasını təyin etmək Makron üçün həddini aşmaqdır.

“Fransa təktərəfli və təxribatçı addımlar atan Yunanıstan və Cənubi Kiprin kor-korənə vəkilliyini etməkdənsə, dialoq tərəfdarı olmalıdır. Bu, eyni zamanda NATO tələbi sayılır. Fransa Prezidenti millətçi mövqeyi ilə gərginliyi təşviq edir və AB-nin maraqlarını riskə atır. Aralıq dənizinin şərq hissəsi ilə sərhədi olmayan, bölgədə hələ də müstəmləkə zehniyyəti ilə hərəkət edən Fransanın Türkiyənin bölgədəki əməkdaşlığını, xarici siyasətini tənqid etməsi yolverilməzdir”.

Qeyd edək ki, Makron açıqlamasında AB-nin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı daha iddialı olmasını bildirib. O vuğulayıb ki, Avropada Türkiyəyə qarşı cəbhə yaratmağa çalışır.

Həmçinin yoxlayın

İranın xarici ticarəti ABŞ-ın sanksiyaları və dəniz mühasirəsi səbəbindən 35 faiz azalıb

GADTB: «Reuters»in təhlil xarakterli hesabatında bildirilir ki, ABŞ-la müharibənin altı ayının tamam olması ilə eyni …

Traxtur komandası Çadorməlonu məğlub etdi

GADTB: Traxtur komandası gərgin və qalmaqallı keçən qarşılaşmada Çadorməlonu 2:0 hesabı ilə məğlub edərək matçın …

Bir cavab yazın