Rejimin həbs etdiyi Cəfər İsmayılzadə və oğlunun zindanda son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı milli fəal Cəfər İsmayılzadə və övladı Atilla (Milad) hələ də rejimin Təbrizdəki mərkəzi zindanında saxlanılır.

Azərbaycanlı fəalların yaxınlarının bildirdiyinə görə, cari ilin sentyabr ayının sonlarında rejimin Şərqi Azərbaycandakı məhkəməsinin 27 saylı şöbəsi Sepah terror təşkilatının Kəşfiyyat İdarəsinin verdiyi sənədlər üzrə azərbaycanlı fəalları həbsə məhkum edib.

Fəallar ailələri ilə qısa telefon əlaqəsində bildiriblər ki, onlara qarşı “İctimai rəyi təhrik etmək və İnstagramda sistem əleyhinə təbliğat aparmaq” ittihamı irəli sürülüb.

Fəallar keçirilən məhkəmə prosesində etdikləri çıxışlarda dəlillərin kifayət qədər olmaması səbəbindən özlərinə qarşı çıxarılmış ittihamlara xitam verilməsinə nail olublar. Lakin həmin qərar sonuncu məhkəmə instansiyası tərəfindən təsdiqlənməlidir və hələ də ata və oğul olan milli fəallar həbsxanadadırlar. Sepah terror təşkilatının Kəşfiyyat İdarəsinin bu hökmə etiraz etməyə 10 gün möhləti var.

Qeyd edək ki, iyunun 6-da azərbaycanlı milli fəal Cəfər İsmayılzadə və oğlu Milad 6 aylıq həbs cəzasını çəkmək üçün zindana salınmışdılar.

Ata və oğul İsmayılzadələr 2019 may ayının 29-da rejimin terrorçu Sepahının təhlükəsizlik qurumu tərəfindən yaxalanıb, 5 gün sorğu-sual edildikdən sonra 50 milyon tümənlik mülki zəmanət qarşılığında zaminə buraxılmışdılar.

Azərbaycanlı fəallar şərlənərək rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən keçən ilin avqust ayında 6 ay həbsə məhkum edilmişlər. İsmayılzadələrin şikayətinə baxan Şərqi Azərbaycan vilayətində yerləşən Apellyasiya məhkəməsi də daha sonra hökmün qüvvədə saxlanılmasına dair qərar çıxardı.

Azərbaycanlı fəallar “bölücü elanlar yayıb və ümumi məkanların lövhələri üzərində şüarlar yazaraq sistemə qarşı təbliğat aparmaq”da ittiham olunmuşlar.

Cəfər İsmailzadə Kikboksinq Federasiyasının rəsmi hakim və məşqçisidir. Oğlu Milad İsmailzadə isə kikboksinq üzrə ölkə və beynəlxalq turnirlərində çempionluq medalları qazanmışdır.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Bir cavab yazın