Cümə axşamı , Oktyabr 22 2026
azfa

Ermənistanda Rusiyanın çevriliş cəhdi qarşısında Paşinyan tərəfdarlarını mitinqə çıxardı – Canlı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan Baş naziri Nikol Paşinyan tərəfdarlarını mitinqə çağırandan sonra artıq tərəfdarlarının qarşısına çıxıb.

O, yürüş zamanı meqafonla çıxışlar edib, ordunun xalq və baş nazirə tabe olduğunu bildirib.

Paşinyan çevriliş cəhdinin idarəolunan olduğunu bildirib:

“Hesab edirəm ki, bu, emosinonal reaksiyadır. Qardaşlarımıza sərt münasibət göstərməməliyik”.

Qeyd edək ki, mitinq 16:00-a təyin edilsə də, Paşinyan tərəfdarlarını indidən meydana gəlməyə çağırmışdı.

Paşinyanın qatıldığı hazırkı yürüşdə indidən izdiham yaşanması diqqətləri cəlb edib…

Qeyd edək ki, ermənilər II Qarabağ savaşında məğlub olub Azərbaycanın işğal olunmuş ərazilərini qaytarmaq məcburiyyətində qalandan sonra ara-sıra etiraz mitinqi keçirirlər.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …