Çərşənbə , Oktyabr 21 2026
azfa

Prezident İlham Əliyev: Beynəlxalq təşkilatlar gəlib bunu görsünlər – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərinə səfəri zamanı Pənahəli xanın sarayında olublar.

Saray işğal illərində tamamilə baxımsız vəziyyətə düşüb və dağıdılıb.

Sarayda olan Prezident İlham Əliyev deyib:

 “Bura tarixi abidə idi. Mənfur düşmən gəlib, bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq və barbarlıq edib. Bütün beynəlxalq təşkilatlar gəlib bunu görsünlər. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa-dayaq olan dairələr gəlsinlər və görsünlər bu vəhşilər nə ediblər. Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir.

Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır. Gələsən və başqasının torpağında yaşayasan, ondan sonra fürsətdən istifadə edib burada yerli əhalini boğasan, öldürəsən, yandırasan və soyqırım törədəsən. Ondan sonra sənə qucaq açan, qəbul edən və yaşamağa imkan verən xalqın abidəsini bu günə salasan. Mən – sanki buradan vəhşi qəbilə keçib deyəndə bunu nəzərdə tuturdum. Biz mütləq Pənahəli xanın sarayını bərpa edəcəyik”.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …