Cümə axşamı , May 14 2026
azfa

Azərbaycanlı milli fəal Mehrdad Şeyxi Ərdəbil zindanının 7-ci bölməsinə köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Mehrdad Şeyxini Ərdəbil zindanının 7-ci bölməsinə köçürüb

Azərbaycanlı vicdan məhbusu martın 18-i axşam saatlarında ailəsi ilə telefon əlaqəsi zamanı bu barədə məlumat verib.

15 il həbs cəzasına məhkum edilmiş tanınmış siyasi məhbus Abbas Lisaninin də həmin  bölmədə saxlanıldığı bildirilir.

Bundan öncə Mehrdad Şeyxi “Cinayətlərin ayrılması prinsipi”nə zidd olaraq zindanın narkotik məhbusları və istifadəçilərinin saxlanıldığı 4-cü bölməsinə köçürülmüşdü.

Qeyd ki, milli mədəni fəal Mehrdad Şeyxi  fevralın 27-də məhkəmə qərarlarının icrası idarəsindən aldığı bildiriş əsasında 6 aylıq həbs cəzasını çəkmək üçün Ərdəbil zindanına salınmışdı.

Azərbaycanlı fəal Mehrdad Şeyxi 2019-cu ildə yanacaq qiymətlərinin bahalaşmasına etiraz olaraq keçirilən aksiyalarda iştirak etdiyinə görə yaxalanmışdır.

Fəal 2019-cu ilin noyabrın 20-də Ərdəbildə atası evində rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmış, 11 gün təcridxanada saxlandıqdan sonra 30 milyon tümən mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsi Mehrdad Şeyxiyə “Sistemə qarşı təbliğat aparmaq” ittihamı ilə bir il həbs cəzası barədə qərar çıxarsa da, Apellyasiya Məhkəməsi bu qərarı 6 aya həbs cəzasına endirmişdir.

Mehrdad Şeyxi azərbaycanlı milli-mədəni fəal Behnam Şeyxinin kiçik qardaşıdır. Behnam Şeyxi isə hazırda Tehranın Evin zindanının 8-ci bölməsində Beynəlxalq Ana Dili Günü tədbirinə qatıldığı üçün məhkum olunduğu 2 illik həbs cəzasını çəkməkdədir.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …

ABŞ enerji naziri: İran rejimi silah səviyyəli urana çox yaxınlaşıb və bir neçə həftə ərzində buna çata bilər

GADTB: ABŞ enerji naziri Kris Rayt açıqlamasında bildirib ki, İran İslam Respublikası silah səviyyəsində zənginləşdirilmiş …