İsrail Avropa Birliyinə insan qəssabı İbrahim Rəisinin andiçmə mərasimi ilə bağlı xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail Xarici İşlər Nazirliyinin sözçüsü bəyanat yayaraq, insan haqlarının kobud pozulması və kütləvi edamlarla əli on minlərlə insanın qanına batmış İbrahim Rəisini “Tehran Qəssabı” adlandıraraq Avropa Birliyinin İbrahim Rəisininin andiçmə mərasiminə öz yüksək diplomatını rəsmi nümayəndə kimi göndərəcəyini “utancverici” adlandırıb və AB-ni bu iştirakı tezliklə ləğv etməyə çağırıb.

Bəyanatda İbrahim Rəisinin andiçmə mərasiminin keçirilməsinin ”çaşdırıcı” addım olduğu qeyd edilərək bildirilib: “Biz Avropa Birliyinə israrla tövsiyə edirik ki, Tehran Qəssabının andiçmə mərasimində utancverici iştirakını tezliklə ləğv etsin. İranın yeni dövlət başçısının əlləri minlərlə günahsız insanın qanına bulaşıb və Avropa Birliyinin bu mərasimə qatılması İranın hücumlarına və ayətullahlar hökumətinin təcavüzkar siyasətinə legitimlik qazandırır. Qəddar və diktator rejimlərə yaltaqlıq və baş əymə, onları daha da amansız davranmağa və basqı etməyə təşviq edir”.

Qeyd edək ki, Avropa Birliyinin xarici siyasət rəhbərinin siyasi məsələlər üzrə müavini Enrike Moranın onsuz da adı qara siyahılarda olan İbrahim Rəisinin andiçmə mərasimində şirkət etmək üçün avqustun 5-də İrana səfər etməsi planlaşdırılıb.

İsrailin Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır ki, Avropa Birliyi öz nümyəndəsini bu mərasimə göndərməsilə bağlı qərarı, İranın Ərəb dənizində bir Britaniya və bir Rumıniya vətəndaşının öldürülməsi ilə nəticələnən “Merser Street” gəmisinə hücumundan bir neçə gün sonra verib.

Demokratiyanı Savunma Ocağının müdiri Mark Dobovits də Avropa Birliyinin nümayəndəsi Enrike Moranın, İbrahim Rəisinin andiçmə mərasiminə qatılmasına dair qərarını utancverici adalandıraraq deyib: “Rəisi kütləvi qırğın edən və dünya sülhünə qarşı təhlükə olan cinayətkardır. Bu səfər, Avropa Birliyinin qanunvericiləri üçün yeni bir baş aşağılığıdır”.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …