Ermənistan yenidən Azərbaycan mövqelərini atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 20-si saat 18:58-dən 23:53-dək Basarkeçər rayonunun Yuxarı Zağalı, Güney, Yuxarı Şorca, Berd rayonunun Yuxarı Mehrab yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə, İstisu, Tovuz rayonu Qaralar, Gədəbəy rayonu Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan əlavə avqustun 20-si saat 20:37-dən avqustun 21-i saat 01:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Xocavənd rayonunun Çağadüz kəndi və Şuşa şəhəri ətrafında yerləşən bölmələrimizin mövqeləri istiqamətində avtomat və pulemyotlardan istifadə edərək fasilələrlə atəş açıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Həmçinin yoxlayın

Aərbaycanın azad edilmiş ərazilərində indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

GADTB: Birinci Qarabağ müharibəsi zamanı 3999 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb, 6 nəfər …

Atəşkəsdən sonra İranda anti-Azərbaycan təbliğatı yenidən alovlanır

GADTB: İranla ABŞ-İsrail koalisiyası arasında 40 gün davam edən müharibədən sonra atəşkəsə dair razılaşmanın əldə …