Cümə axşamı , Oktyabr 22 2026
azfa

Molla rejimi Pəhləvi dövrünün sonları kimi qorxudan məhəllələrdə qərargah yaradır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Pəhləvi dövrünün sonları kimi qorxudan məhəllələrdə terrorçu Sepah vasitəsilə qərargah yaradır.

Tehran Bələdiyyəsi ictimai məsələlərə görə şəhərdə Sepah-ın “ictimai qərargah”ının yaradıldığını bildirib. Rejim iddia edib ki, həmin qərargahın narkomanlar və küçələrdə işləyən azyaşlı uşaqlarla bağlı yaradılıb.

Artıq Sepah terror təşkilatı paytaxt Tehran başda olmaqla bütün şəhərlərin məhəllələrində də qərarlaşacaq, yəni bir növ məxfi patrul xidməti aparacaq.

İran rejimi narkoman və işçi uşaqları bəhanə etsə də, artıq zəifləyib əhalidən qorxduğu üçün bu taktikaya əl atır.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəal Mehrdad Qadirini Təbrizdə həbs edib

GADTB: Azərbaycanlı milli fəal Mehrdad Qadiri oktyabrın 21-də, çərşənbə günü, yerli vaxtla saat 11 radələrində …

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …