Cümə axşamı , Oktyabr 22 2026
azfa

Səfəvi səlnamələrində Göyçə gölünün təsviri

GADTB: Azərbaycanın görkəmli orta əsr tarixçisi İsgəndər bəy Münşi Türkmanın “Dünyanı bəzəyən Abbasın tarixi” əsərində gölün adı Gökcə (Göycə) dənizi və ya Gökcə Təngiz kimi ifadə olunmuşdur.

İsgəndər bəy Münşi öz əsərində Göycə dənizinin təbiəti haqqında yazır:

“…Təbiətin paklıq və xürrəmlik vaxtı olan bahar günlərində əlahəzrət zilləllah şah (I Şah Abbas) havasının lətafəti, suyunun bolluğu, gül-çiçəyinin çoxluğu, çay və bulaqları ilə göz oxşayan və cənnət gülzarına bənzəyən Göycə dəniz yaylağında işrətlə məşğul olub ov edirdi.”

Səfəvi dövrünün anonim müəllifi “Tarix-i aləmara-yi Səfəvi” əsərində bu gölün adını “Göyçə dəryası” adlandıraraq yazır:

“İsmayıl (Səfəvi) Ərdəbildən Göyçə dəryası kənarına getmək, oradan isə Şərqi Anadoluya keçmək fikrində idi”

Mənbə: Lütfiyar Nəsibov, “Göyçə: Sədənağac-Güney”, Bakı-2019, səh.13-14.

Ramil Əkbərov

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …