İran Atom Enerjisi Təşkilatının keçmiş rəisi: Fəxrizadə atom silahı üçün sistem yaratmışdı

GADTB-nin Mətbuat Mərkəziin “Azad İran”a istinadən yaydığı məlumata görə, millət vəkili və İran Atom Enerjisi İdarəsinin sabiq başçısı Fəridun Abbasi Dəvani İranın atom silahı üzrə alimi Mohsen Fəxrizadənin ölümünün ildönümündə deyib ki, İranın ali lideri Xameneinin atom silahının istehsalı, saxlanması və istifadə olunmasının haram oluğuna dair “fətva” verməsinə baxmayaraq, Fəxrizadə artıq atom silahı üçün bir sistem yaratmışdı.

ABBASI sistemin nə olması ilə bağlı heç bir məlumat verməyib.

“İran” qəzetinin yazdığına görə, Fəxrizadənin İran atom silahı sənayesini inkişaf etdirmək üçün ilkin yol xəritəsinin hazırlanmasında və yanacaq istehsalında 20% rolu olub.

Qeyd edək ki, Mohsen Fəxrizadə İranın atom silahı üzrə ixtisaslaşmış bilim adamı olub və 2020-ci il noyabrın 27-də Tehranda öz avtomobilində hərəkətdə olarkən öncə partlayış, daha sonra isə atışma nəticəsində həlak edilib. Əgər Xamenei atom silahını istehsal etmək, saxlamaq və ya istifadə etməyin haram olduğunu iddia edirsə, onda nə üçün birbaşa onun əmri altında çalışan Fəxrizadə atom silahı əldə edilməsi sahəsində fəaliyyət göstərib və bunun üçün sistem yaradır?! Görünən odur ki, bu “fətva” İran üçün deyil, digər ölkələr üçün nəzərdə tutulub.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …