Çərşənbə axşamı , İyun 30 2026
azfa

İranın müstəmləkə siyasətinin nəticələrindən; Güney Azərbaycan kəndlərində su qıtlığı yaranıb- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Azərbaycana qarşı müstəmləkə siyasəti nəticəsində Güney Azərbaycan kəndlərində ciddi su qıtlığı yaranıb. Artıq  Ərdəbil vilayətində əhali ciddi su problemi ilə qarşılaşıb.

Vəziyyət o həddə çatıb ki, Ərdəbil vilayətinin Almas kəndinin sakinləri nə içməyə, nə də başqa təlabatları üçün su tapa bilmirlər.

Sakinlər bildiriblər ki, qışın bu soyuq çağında su tapa bilmədikləri üçün mədən suyu alırlar, çimmək üçün isə Ərdəbil şəhərinə gedərək orada fəaliyyət göstərən hamamlara üz tutmağa məcbur qalırlar.

Əhali, habelə bildirib ki, maddi imkanları çatmadığı üçün davamlı olaraq mədən suyu ala bilmirlər.

Onlar sonda dövlət məmurlarının onlarla maraqlanmadığını və çətinliklərinin həlli üçün heç bir addım atmadıqlarını deyirlər.

Həmçinin yoxlayın

Böyük hissəsi türklərin ərazisi olan Rusiyanın 5 yerə parçalanacağı proqnozlaşdırılır

GADTB: Süni intellekt ChatGPT böyük hissəsinin türklərin ərazisi olan Rusiya Federasiyasının mümkün dağılması ilə bağlı …

Güney Azərbaycanın Makı şəhərində Makı xanının heykəli ucaldılıb

GADTB: Güney Azərbaycanın Makı şəhərində Makı xanı Murtuzaqulu xan Bayatın (İqbalüs-Səltənə) heykəli ucaldılıb. Makı Sərdarı …