Şənbə , Avqust 29 2026
azfa

İranla Rusiyanın 20 illik anlaşması: “Suxoy” və “S-400” qarşılığında mühüm neft-qaz razılaşmaları imzalandı?

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, bir müddət öncə Xəzər dənizində İran tərəfindən qaz yatağının işlənilməsinin Rusiyaya verdildiyini bildirən “Oil Price” xəbər saytı bu dəfə İran və Rusiya arasındakı 20 illik müqavilənin detalları haqqında məlumat yayıb.

Məlumatda bildirilib ki, müqavilədə İran tərəfi Rusiyadan “Suxoy” qırıcıları və “S-400” hava hücumundan müdafiə sistemlərinin alınması müqabilində ona bir sıra imtiyazlar verib.

Qeyd edək ki, “Oil Price” saytı daha öncə “İranla Rusiya arasındakı 20 illik müqavilə” haqda məlumatlı bir mənbəyə istinadən xəbər verib ki, İranın Çalus qaz yatağında Rusiya və Çin şirkətlərinə böyük pay verilib. Hətta Rusiyanın yüksək vəzifəli rəsmisi də sözügedən sayta açıqlamasında ölkəsinin Çalus qaz yatağının kəşfiyyat işlərində ən böyük payı əldə edə bildiyini qeyd edib.

Həmçinin yoxlayın

ABŞ-ın dəniz mühasirəsi nəticəsində İranın ən böyük ticarət limanı fəaliyyətini dayandırıb

GADTB: İranın ən böyük və mühüm ticarət və gömrük limanı olan Bəndər-Abbasdakı Rəcai körpüsünün görüntüləri …

İranın xarici ticarəti ABŞ-ın sanksiyaları və dəniz mühasirəsi səbəbindən 35 faiz azalıb

GADTB: «Reuters»in təhlil xarakterli hesabatında bildirilir ki, ABŞ-la müharibənin altı ayının tamam olması ilə eyni …