Cümə , Oktyabr 23 2026
azfa

ABŞ-da “Xocalıya ədalət” kampaniyası çərçivəsində aksiya keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın Nyu-York ştatında, Ermənistanın BMT-dəki daimi nümayəndəliyi qarşısında “Xocalıya ədalət” (Justice for Khojaly) kampaniyası çərçivəsində aksiya keçirilib.

İcazəli aksiya Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ərcan Yerdələnlinin təşkilatçılığı ilə baş tutub.

Aksiya iştirakçıları әllәrində Azәrbaycan, Türkiyə, ABŞ bayraqları, eləcə də Xocalıya ədalət tələb edən və faciәni әks etdirən plakatlar tutublar.

Türk icmasının nümayəndələri də aksiyaya qatılaraq soydaşlarımıza dəstək nümayiş etdiriblər.

Nyu-Yorkda yaşayan ermənilər aksiyanın keçirilməsini əngəlləmək üçün təxribatlar törədiblər. Belə ki, nümayəndəlik binasının qarşısı diplomatik avtomobillərlə zəbt edilib. Lakin ermənilərin bütün səyləri uğursuz olub və aksiya insidentsiz ötüşüb.

İki saat davam edən aksiya ərzində həmyerlilərimizin təhlükəsizliyi Nyu-York Polis Departamenti tərəfindən təmin olunub

Həmçinin yoxlayın

Azərbaycanın “Traxtur” komandası qələbə qazandı; azarkeşlərdən irqçiliyə etirazı – VİDEO

GADTB: Azərbaycan “Traktor”u “Sənaye Nefti” komandası üzərində 3:0 hesablı inamlı qələbə qazanaraq yenidən qələbə yoluna …

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …