Bazar ertəsi , Sentyabr 7 2026
azfa

Prezident Ərdoğan NATO-nun qətiyyətsiz olmasını tənqid edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə bağlı Avropa İttifaqı, eləcə də bütün Qərb ölkələrinin təəssüf ki, ciddi və qətiyyətli mövqe tuta bilmədiyini söyləyib.

İstanbulda məsciddən çıxışı zamanı açıqlama verən dövlət başçısı Ərdoğanın gündəmində Rusiyanın Ukraynada təşkil etdiyi hərbi əməliyyat olub.

Türkiyənin indiyədək NATO-nun mövqeyi ilə bağlı çox açıq və dəqiq olduğunu ifadə edən Ərdoğan deyib:

“Bu məsələ sadəcə qınanmamalıdır, NATO daha qətiyyətli addım atmalıdır. Hazırda (Ukraynada) Avropa İttifaqı və bütün Qərb mentalitetləri təəssüf ki, ciddi və qətiyyətli mövqe sərgiləməyib. Ukraynaya məsləhətlər verirlər. Atılan heç bir addım yoxdur. Bugünkü NATO zirvəsində nə kimi addımlar atılmalıdır, bu müzakirə olunacaq. Bu günə qədər çoxlu məsləhətlər verən Qərb eyni məsləhəti davam etdirir”.

Ukraynadakı türklərin təxliyəsinə də toxunan prezident hava nəqliyyatının təhlükəsiz olmadığını, təxliyələrin quru yolla həyata keçirildiyini bildirib.

“Həm səfirliyimiz, həm də baş konsulluğumuz istənilən addımı atmağa hazırdır”, – deyə Ərdoğan vurğulayıb.

Həmçinin yoxlayın

CENTCOM sözçüsü: Hörmüz boğazından 1 600 ticarət gəmisinin və 800 milyon barrel neftin keçməsinə kömək etmişik

GADTB: “New York Times” yazıb ki, müharibənin başlamasından altı aydan çox vaxt keçməsinə baxmayaraq, İranın …

Müctəba Xameneinin Londonda iki lüks mənzili satışa çıxarılıb

GADTB: Londonun “Sunday Times” qəzeti yazıb ki, Londonun Kensinqton sarayına baxan və Müctəba Xameneinin iki …