Çərşənbə , Oktyabr 21 2026
azfa

İqtisadi Əməkdaşlıq Təşkilatı Zəngəzur dəhlizinin işə salınmasını dəstəklədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xusrov Naziri Zəngəzur dəhlizinin fəaliyyətə başlaması layihəsi ilə bağlı fikirlərini bölüşərkən h’min təşkilatın quruma üzv ölkələrin ərazisini əhatə edən bütün dəhlizləri dəstəklədiyini bildirib.

Türkiyədə Antalya Diplomatik Forumunun ikinci iclasında iştirak edən Xusrov Naziri bu barədə “Anadolu” ajansına açıqlama verib:

Naziri Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşməsi layihəsi barədə deyib: “Təşkilatın mühüm sahələrindən biri də nəqliyyat və kommunikasiya sahəsidir. Bu baxımdan bu təşkilat quruma üzv ölkələrin ərazisini əhatə edən bütün dəhlizləri dəstəkləyir”.

Naziri ötən ilin noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda keçirilən sonuncu iclasda təşkilata üzv olan ölkə başçılarının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayaraq, habelə qeyd edib: “Təşkilat üzv ölkələrin birləşməsi imkanlarını artıran bütün projələrə dəstək verir”.

Həmçinin yoxlayın

Netanyahu İrana qarşı genişmiqyaslı hücumların bərpası üçün təzyiq göstərir

GADTB: İsrail İranın mülki infrastrukturuna, nüvə obyektlərinə və hökumətə aid hədəflərə bir neçə gün davam …

Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir

GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi …