Cümə , Oktyabr 30 2026
azfa

Təbrizdə posterlər yapışdırıldı; “Azərbaycanlı siyasi məhbusun həyatı təhlükədədir”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mayın 8-də bir qrup azərbaycanlı milli-mədəni fəal təbrizdə azərbaycanlı siyasi məhbus Ruzbeh Piriyə azadlıq tələbilə aksiya keçiriblər.

Bu məqsdələ azərbaycanlı milli-mədəni fəallar Ruzbeh Pirinin posterlərini hazırlayaraq şəhərdə müxtəli yerlərə yapışdırmaqla həmin azərbaycanlı siyasi məhbusun həyatının təhlükədə olduğuna diqqət yönəldib, onun sərbəst buraxılması istəyiblər.

Azərbaycanlı fəallar “Ümumdünya Spesifik və Sağalmaz Xəstəliklər Günü” münasibətilə keçirdikləri həmin aksiya ilə İran rejiminin Təbrizdəki zindanının 15-ci bölməsində həbsdə saxlanılan azərbaycanlı siyasi məhbusun sağlıq durumunun yaxşı olmadığı və zindan məsullarının onun müalicəsinə imkan vermədiyinə diqqət yönəltmək istəyiblər.

Divarlara yapışdırılan posterlərin üzərində yazılıb: “Azərbaycan övladlarını həbs etməklə Azərbaycan xalqının hüquqlarını gizlədə bilməzsiniz”, “8 may Ümumdünya Spesifik və Sağalmaz Xəstəliklər Günü Ruzbeh Pirinin həyatı təhlükədədir” cümlələri yazılıb.

Azərbaycanlı siyasi məhbus Ruzbeh Piri mədə xorası xəstəliyindən əziyyət çəksə də, zindan məsulları onun zindandan xaric xəstəxanada müalicəsinə icazə vermirlər. Bununla yanaşı rejim azərbaycanlı siyasi məhbusa təzyiq məqsədilə onu narkotik maddə istifadəçilərinin saxlanıldığı 15-ci bölməyə köçürüblər.

Qeyd edək ki, İran ETTELAAT məmurları fevralın 12-də azərbaycanlı milli-mədəni fəal Ruzbeh Pirinin Təbrizdəki ata evinə hücum edərək onu həbs ediblər. Ruzbeh Pirinin həbsi isə “Sistemə müxalif qruplara üzvlük” ittihamı ilə şərlənərək, 3 il 8 ay həbs cəzasını məhkum edilməsi ilə bağlıdır. Azərbaycanlı fəal bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs və təzyiqlərə məruz qalmışdır.

Ruzbeh Piri “Təbriz” tələbə jurnalının baş redaktoru, “Müstəqil Tələbələrin İslam Cəmiyyəti” təşkilatının qurucularından biri və “Sultan Məhəmməd Fateh” kitabının tərcüməçisidir.

Həmçinin yoxlayın

Mayk Uolts BMT Təhlükəsizlik Şurasında Iran nümayəndəsinə: “Yalanlarınız burada keçərli deyil; nüvə silahına sahib olmağınıza heç vaxt icazə verməyəcəyik”

GADTB: ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı səfiri Mayk Uolts Təhlükəsizlik Şurasının iclasında İslam Respublikasının Beynəlxalq Atom …

Təbrizli idmançı bir dünya və iki Asiya rekordu müəyyənləşdirib

GADTB: Təbrizli 45 yaşlı döyüş sənətləri idmançısı Xudayar Əzizian yoxuşlu yolda nümayiş etdirdiyi qeyri-adi performansla …