Cümə axşamı , May 7 2026
azfa

Azərbaycanlı fəal Melika Qaragözlü zindandan xəstəxanaya köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin həbs etdiyi azərbaycanlı öyrənci fəalı, “Əllamə Təbatəbayi” Universitetinin jurnalistika fakültəsinin öyrəncisi Melika Qaragözlü zindandan Əminabad xəstəxanasına köçürülüb.

Azərbaycanlı fəalın vəkili Məhəmmədəli Kamfiruzi sosial şəbəkərlərdə bununla bağlı paylaşım edərək bildirib ki, həkim və psixoloqların rəyinə görə Melika Qaragözlü zindanda həbsə dözümü yoxdur. Biz məsələni aidiyyəti orqanlara çadırmışıq. Lakin heç bir nəticə əldə edilməyib. Ona görə də baş verən hər bir hadisə üçün İran dövləti məsuliyyət daşıyır”.

Qeyd edək ki, Melika Qaragözlü oktyabrın 1-i gecə saatlarında 10 kişi və 1 qadın məmurun evinə hücum etməsi, qapısının sındırılması nəticəsində yaxalanmışdı. Fəal anası ilə qısa telefon danışığında Tehranın Evin zindanının 209-cu bölməsinə salındığını bildirmişdi.

22 yaşlı azərbaycanlı fəal sentyabrda Tehran İnqilab Məhkəməsi tərəfindən 4 il 4 ay həbs cəzasına məhkum edilib və zindana köçürülmə barədə son qərarı gözləyirdi.

Melika Qaragözlü iyulun 13-də məcburi hicaba etiraz olaraq yaylığını başından açıb yerə atdığı videonu paylaşdıqdan sonra İran rejiminin məmurları tərəfindən həbs edilmişdi.

Bundan öncə isə Melika Qaragözlü 2019-cu ilin noyabrın 18-də Tehranda benzinin qiymətinin kəskin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlar zamanı tutulub 6 ay həbsə məhkum edilsə də, dekabrın 1-də  600 milyon riallıq vəsiqə girovu qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Həmçinin yoxlayın

İran yaxın həftələrdə neft saxlama imkanlarını itirə bilər

GADTB: İran Neft Nazirliyinin bir rəsmisi “The New York Times” qəzetinə bildirib ki, ölkə qarşıdakı …

Tramp: Papanın razı olub-olmamasından asılı olmayaraq, İran rejiminin nüvə silahına sahib olmaq haqqı yoxdur

GADTB: ABŞ prezidenti Donald Trump jurnalistin Roma Papası ilə bağlı sualını cavablandırarkən İranın nüvə silahı …