Çərşənbə axşamı , May 7 2024
azfa

Molla rejimi bir daha Ermənistanı himayə edəcəyini deyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Xarici işlər naziri Cenevrədə erməni həmkarı ilə görüşdə İran və Ermənistan arasında yaxşı münasibətlərin heç bir ölkəyə qarşı olmadığını iddia edərək deyib: “İran İslam Respublikası regionun geosiyasətində istənilən dəyişikliyin əleyhinədir”.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 27-də Cenevrədə İranın xarici işlər naziri Hüseyn Əmir-Əmirabdullahiyan ilə görüşüb və ikitərəfli əlaqələr, regional və beynəlxalq prosesləri müzakirə edib.

Görüşdə Ermənistanla münasibətləri tarixi, dərin və bütün regionun maraqlarına uyğun adlandıran Əmir Abdullahiyan əlavə edib: “Biz dəfələrlə vurğulamışıq ki, İranla Ermənistan arasında yaxşı münasibətlər heç bir ölkəyə qarşı deyil”.

“Biz Qafqaz regionunun bütün ölkələri arasında əlaqələrin inkişafının tərəfdarıyıq” deyən İranın xarici siyasət idarəsinin rəisi qeyd edib: “Amma bizim əsas siyasətimiz regionun geosiyasətində istənilən dəyişikliyə qarşı çıxmaqdır”.

Onun sözlərinə görə, hər iki ölkədə münasibətlərin, xüsusən də iqtisadi sahədə inkişafı üçün yüksək potensial var.

Öz növbəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iki ölkə rəsmiləri arasında çox yaxşı və yüksək səviyyəli danışıqların getdiyini bildirərək deyib: “Biz İranın region ölkələrinin suverenliyinə hörmətlə yanaşması və regionun coğrafiyasını dəyişməməsi siyasətindən məmnunuq”.

Mirzoyan əlavə edib: “Biz İranla dialoqun və gözəl əməkdaşlığın vacibliyinə inanırıq”.

Həmçinin yoxlayın

Molla rejimin ayrı-seçkilik və yarıtmaz siyasəti nəticəsində Ərdəbildə su böhranı yaşanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars0molla rejimin ayrı-seçkilik və yarıtmaz siyasəti nəticəsində …

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal məzuniyyətə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Tehrandaki Evin zindanında həbsdə saxladığı …