Çərşənbə , Oktyabr 21 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəal Hüseyn Əmani Nadarlını həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Hüseyn Əmani Nadarlı dünən molla rejiminin məmurları tərəfindən yaxalanıb.

Bu ana kimi hələ onun tutulma səbəbi və saxlanıldığı yer barədə məlumat verilmir. Ailəsi isə ondan heç bir xəbrləri olmadığına görə sağlığı barədə nigaran qaldıqlarını bildirib.

Qeyd edək ki, dünən may ayının 18-də həmçinin azərbaycanlı milli fəallar Həmzə Vəlizadə, Ruhulla Əhmədinijad, Davud Şiri, Cavad Əhmədzadə Keyqal və Əlirza Səbri Qazan da yaxalanıb.

Qeyd edək ki, həmin azərbaycanlı milli fəalların son günlər mayın 22-də Güney Azərbaycan şəhərlərində kütləvi nümayişlərə çağırışlar edildiyi üçün yaxalandığı ehtimal edilir.

Həmçinin yoxlayın

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …