Çərşənbə , Oktyabr 21 2026
azfa

Molla rejimi İsmayıl Əhmədini Cinayət Məhkəməsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi far-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından olan İsmayıl Əhmədini məhkəməyə çağırdı.

Azərbaycanlı fəal və işçinin aldığı elektron bildirişinə əsasən, o noyabrın 14-də Güney Azərbaycanın Vərziğan şəhərində rejimin Cinayət Məhkəməsinin 101 saylı şöbəsində olmalıdır.

Məlumata görə, azərbaycanlı fəal “İslam müqəddəslərini təhqir etmək”, “insanları ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı cinayət törətməyə təhrik etmək”, “düşmən şəbəkələri ilə əlaqə qurmaq”, “yalan məlumatlar yaymaq”, və hökumət əleyhinə təbliğat aparmaq”da ittiham edilib.

Qeyd edək ki, İsmayıl Əhmədi daha əvvəl Süngün Mis Mədəni işçilərinin acınacaqlı vəziyyətinə etiraz etdiyi üçün həbs edilmiş və avqustun 24-də 400 milyon tümən qarşılığında Əhər şəhər mərkəzi zindanından zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Tramp: İran üzərində qələbəyə necə nail olacağımız barədə yalnız yekun qərarı vermək qalır

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 20-si, çərşənbə axşamı İranla müharibənin “çox tezliklə” başa çatacağına …

“TankerTrackers”: İrandan Çinə xam neft idxalı sürətlə azalır; neft saxta sənədlərlə Malayziya, İndoneziya, İraq və Oman nefti kimi rəsmiləşdirilir

GADTB: Neft tankerlərinin hərəkətini izləyən “TankerTrackers” şirkəti neft və enerji bazarı üzrə ixtisaslaşmış əmtəə bazarı …