Bazar ertəsi , Avqust 24 2026
azfa

Finlandiya Urmiya gölünün bərpasına hazır olduğunu bildirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Finlandiyanın İrandakı səfiri Urmiya gölünün bərpası məqsədilə araşdırmalar aparmağa və bu ölkənin texnikası və təcrübəsindən istifadə etməyə hazır olduğunu bildirib.

Kari Kahiluto gölün problemlərini müzakirə etmək üçün Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətinın qubernatoru ilə görüşüb.

O deyib: “Urmiya gölünün dirçəldilməsi bizi maraqlandıran məsələlərdən biridir. Bu barədə tədqiqat aparılmasında əməkdaşlıq etməyə hazırıq. Gölün problemləri yalnız əyalətin və İranın milli problemi deyil, beynəlxalq səviyyədə də əhəmmiyət daşıyır”.

Həmçinin yoxlayın

Azərbaycanın “Traxtur” komandasının tərəfdarı Əhəd Əlivənddən bir həftədir xəbər yoxdur

GADTB: Malikan şəhərindən olan, Azərbaycanın “Traxtur” komandasının tərəfdarı və sosial şəbəkələrdə məzmun istehsalçısı Əhəd Əlivəndin …

Evin həbsxanasında beş azərbaycanlı fəalın sağlamlıq vəziyyətinin ağırlaşması barədə hesabat: aclıq aksiyasından sonra verilən müalicə vədləri hələ də nəticəsiz qalıb

GADTB: Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbusların fiziki vəziyyəti ilə bağlı yayılan hesabata əsasən, bir …