Fars rejiminin müstəmləkə siyasəti nəticəsində Şərqi Azərbaycanın abadlıq büdcəsi bütün vilayətlərdən azdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Azərbaycana qarşı düşmən siyasəti get-gedə kəskinləşir. Rejimin müstəmləkə siyasəti nəticəsində artıq Şərqi Azərbaycanın abadlıq büdcəsi bütün vilayətlərdən azdır.

İrqçi fars rejimin bu ayrıseçkilik siyasəti o qədər kəskin şəkildə davam edir ki, artıq Şərqi Azərbaycan vilayətinin millət vəkilləri və rejimə bağlı yerli məsullar da etiraf etməyə məcbur olurlar.

Şəbüstərin məclisdəki millət vəkili Məsumə Ağapur Əlişahi bu barədə deyib ki, Şərqi Azərbaycan vilayətinin abadlıq büdcəsi bütün ölkədə 31-ci yəni sonuncu yerdədir.

O qeyd edib ki, Şərqi Azərbaycan vilayəti və Şəbüstər şəhərinin qəhrəman əhalisinin daha böyük fədakarlıqlar etməsinə baxmayaraq bu vilayətə ayrılan abadlıq və ümumi büdcə 31-ci, yəni sonuncu yerdədir.

 

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …

Bir cavab yazın