Çərşənbə axşamı , İyul 14 2026
azfa

ABŞ Çin kommunist rejiminin koronavirus pandemiyasına görə günahlandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Dövlət katibi Mayk Pompeo “Bild” qəzetinə müsahibəsində deyib ki, gələcəkdə koronavirus pandemiyasına görə günahkarı tapmağa ehtiyac olacaq.

O, Çinin xəstəlik barədə vaxtında lazımi məlumatlar təqdim etmədiyini deyib:

“Biz təəssüf edirik ki, bu virus, bu epidemiya barədə kifayət qədər sürətli informasiya əldə etmək mümkün olmadı. Çin hakimiyyəti, Çin Kommunist Partiyası bu informasiyanı zamanında təqdim etmədi”.

Jurnalistin “Çin dünyanın itkilərinə görə məsuliyyət daşımalıdırmı” sualına Pompeo günahkarın tapılması haqqında debatların hələ qarşıda olduğunu deyib:

“Bizə qlobal debatlar lazımdır. Bu virusun necə başladığını anlamaq çox vacibdir. Zamanı gələndə günahkarlar məsuliyyətə cəlb ediləcək. Mən əminəm ki, bu, baş verəcək. Hazırda cari işə diqqəti yönəltmək, yenidən Amerika, daha sonra dünya iqtisadiyyatını işə salmaq lazımdır. İttihamlar üçün isə zaman yetişəcək”.

Həmçinin yoxlayın

Təbrizin Başmaqçı bazarında yanğın baş verib

GADTB: İyulun 13-də Təbrizin Başmaqçı bazarında yerləşən mağazalardan birində elektrik generatorunun alışması nəticəsində yanğın baş …

“New York Times”: Əhmədinejad İsrailin onu hakimiyyətə gətirməsi üçün “Mossad” rəhbəri ilə görüşüb

GADTB: İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. …

Bir cavab yazın