ABŞ səfiri: İranla qarşıdurmada qoşun göndərilməsi istisna edilmir

GADTB: ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts CNN telekanalına müsahibəsində İranla bağlı siyasətdə bütün variantların nəzərdən keçirildiyini açıqlayıb.

O bildirib ki, Donald Tramp administrasiyası üçün hərbi qüvvələrin göndərilməsi də mümkün seçimlər sırasındadır. Bununla yanaşı, Vaşinqtonun hələlik İranın nüvə obyektlərini hava və ya dəniz zərbələri ilə zəiflətməyə üstünlük verdiyi qeyd olunub.

Uolts əlavə edib ki, Tramp qərarlarını İranın nüvə silahı əldə etmə ehtimalı ilə hərbi münaqişənin risklərini müqayisə edərək verir. O, ABŞ prezidentinin qlobal münaqişələri azaltmaq istədiyini bildirsə də, İranla qarşıdurmanı uzunmüddətli və davam edən proses kimi qiymətləndirib.

Səfir vurğulayıb ki, ABŞ administrasiyası indiyədək diplomatik həll yollarına üstünlük verib, lakin hazırda bütün variantlar siyasət çərçivəsində nəzərdən keçirilir. Azad İran

Həmçinin yoxlayın

SEPAH terror təşkilatı ABŞ-ın Küveyt və Bəhreyndəki bazalarına raket və PUA hücumu etdiyini iddia edib

GADTB: İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bazar günü səhər yaydığı bəyanatda ABŞ-ın son hərbi …

CENTCOM: Hörmüz boğazının müxtəlif nöqtələrində İranın 10 hərbi hədəfinə hava zərbələri endirdik

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində paylaşdığı videoda bildirib ki, ABŞ Hərbi Dəniz …