Ali Məhkəmə Məhəmmədrza Fəqihinin məhkəmə işinə yenidən baxılması tələbini qəbul edib

GADTB: İran Ali Məhkəməsinin 44-cü şöbəsi Cinayət Prosessual Məcəlləsinin 474-cü maddəsinin “ç” bəndinə istinad edərək və törədildiyi iddia olunan əməlin cinayət hesab edilmədiyi qənaətinə gələrək, vəkil və azərbaycanlı fəal Məhəmmədrza Fəqihi barəsində yenidən məhkəmə baxışı tələbi ilə razılaşıb.

Məhəmmədrza Fəqihi daha əvvəl Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən, hakim Əbülqasım Sələvatinin sədrliyi ilə “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşma və əlbir olmaq” ittihamı üzrə məhkum edilmişdi. O, hazırda Evin həbsxanasında cəzasını çəkir.

Məlumatlara görə, hökmün çıxarılması üçün əsas götürülən yeganə sübut onun Vəkillər Kollegiyasının binası qarşısında keçirilən dinc aksiyada iştirakı olub.

Ali Məhkəmənin yenidən baxılma tələbini qəbul etməsi Məhəmmədrza Fəqihinin işi üzrə məhkəmə prosesinin yenidən araşdırılması və ona qarşı irəli sürülmüş ittihamların bir daha qiymətləndirilməsi üçün hüquqi zəmin yarada bilər.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …