Bazar ertəsi , İyul 13 2026
azfa

Amerika terrorçu Sepah-ın “Mahan Air” Şirkəti ilə əməkdaşlıq edən 1 şəxsə və 2 şirkətə sanksiya tətbiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, avqustun 20-də ABŞ-ın Maliyyə Nazirliyi  terroçu Sepah-ın “Mahan Air” Şirkəti ilə əməkdaşlıq edən 1 İran vətəndaşına və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən 2 şirkətə sanksiya tətbiq etdiyini bildirib.

ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilir ki, adları ABŞ Maliyyə Nazirliyinin qara siyahısına salınan həmin şəxs və şirkətlərin Amerikadakı bank hesabları dondurulacaq.

Bəyanatda deyilir: “Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Parthia Cargo» و «Delta Parts Supply FZC» şirkətləri İranın “Mahan Air” Şirkətinin ehtiyac duyduğu ehtiyat hissələrini təmin edərək ona logistika xidmətləri göstəriblər.

həmçinin BƏƏ-də yaşayan və “Parthia Cargo” şirkətinin sahibi olan İran vətəndaşı Əmin Müvəhhidi barəsində də sanksiya tətbiq edilib. Həmin şəxs və şirkətlərin ABŞ-dakı əmlakına həbs qoyulacaq, Amerika vətəndaşlarının isə onlarla hər hansı bir ticari müamiləyə girməsinə qadağa qoyulacaq”.

Qeyd edək ki, Sepah-a bağlı “Mahan Air” Aviasiya Şirkəti terrorçulara silah daşımaqla və s. qanunsuz işlərlə məşğul olur.

Həmçinin yoxlayın

Təbrizin Başmaqçı bazarında yanğın baş verib

GADTB: İyulun 13-də Təbrizin Başmaqçı bazarında yerləşən mağazalardan birində elektrik generatorunun alışması nəticəsində yanğın baş …

“New York Times”: Əhmədinejad İsrailin onu hakimiyyətə gətirməsi üçün “Mossad” rəhbəri ilə görüşüb

GADTB: İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. …

Bir cavab yazın