Azərbaycan mədəninin talanmasının qarşısını almaq üçün əhali yolu şumladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəncan vilayətində yerləşən Ənquran şəhərinin Qavaqkəndi qəsəbəsinin əhalisi bölgə mədənlərinin talanmasının qaşısını almaq məqsədilə yolu şumladılar.

Azərbaycanlı əhali bununla simvolik olaraq mədənin xammalını talayıb daşıyan yük maşınlarının hərəkətinə mane olmaq olmuşdur.

Əhali dəfələr rejimə xəbərdarlıq edərək, mədənçilərin yük maşınlarının hərəkəti nəticəsində asfaltın və əkin yerlərinin dağılmasına etiraz etmişlər. Lakin rejim məqsədli şəkildə Azərbaycan mədənlərini talamaqdadı.

Bütün etirazlara baxmayaraq, rejim əhalinin etirazına məhəl qoyulmadığı üçün onlar yolu şumlamaq məcburiyyətində qalıb.

Şəkildə göründüyü kimi, yol şumlandıqdan sonra çox sayda yük maşınının hərəkətində problem yaranıb, onlar gözləməli olublar.

Qeyd edək ki, Güney Azərbaycanın Ənquran bölgəsi qurğuşun və sink mədənləri ilə zəngindi və bu mədən Yaxın Şərqin ən böyük qurğuşun və sink mədənidir. İrqçi fars rejim isə həmin mədənləri talamaqdadır.

Həmçinin yoxlayın

Tramp: Razılaşmaya çox yaxınıq, onlar nüvə silahına sahib olmayacaqlarını qəbul ediblər

GADTB: ABŞ Prezidenti Donald Trump İranla aparılan danışıqlarla bağlı son açıqlamasında tərəflərin razılaşmaya “çox yaxın” …

ABŞ İranın dondurulmuş aktivlərini İran tərəfindən hücuma məruz qalan körfəz ölkələrinə verməyi düşünür

GADTB: ABŞ administrasiyası İranın Küveyt və Bəhreynə qarşı son raket və dron hücumlarının vurduğu ziyanın …

Bir cavab yazın