Çərşənbə , Avqust 12 2026
azfa

Azərbaycan Silahlı Qüvvələrində “NATO günləri” keçirilib

GADTB-nin Mətbuat Mərkəzinin “Apa” xəbər agentliyinə istinadən yaydığı məlumata görə, Azərbaycan Silahlı Qüvvələrində NATO-nun Müttəfiq Transformasiya Komandanlığı Qərargahının ekspert qrupu tərəfindən Bakı şəhərində “NATO günləri” təşkil olunub.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin qərargah rəisi polkovnik Aleksander Şvabın (Kanada) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Hərbi Dəniz Qüvvələri komandanlığını ziyarət edib.

Tədbir çərçivəsində Silahlı Qüvvələrin zabit və kursantları üçün “NATO bu gün – strukturu və vəzifələri”, “Azərbaycan-NATO əməkdaşlığı”, “NATO-nun arzu etdiyi Strateji Təsir”, “NATO-nun mövcud Dəniz Qüvvələri”, “NATO Varşava Sammitindən sonra, NATO-nun Tərəfdaşlıq Siyasəti və Cənubi Qafqaz”, “Qlobal kiber-inkişaf və NATO-nun cavabı” və digər mövzularda mühazirələr təqdim olunub.

Həmçinin yoxlayın

Təqaüdçülər Güney Azərbaycan şəhərlərində etiraz aksyası keçiriblər

GADTB: Güney Azərbaycanın Həmədan və Təbriz şəhərlərində İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri ənənəvi həftəlik etiraz aksiyası …

ABŞ və İranın 60 günlük atəşkəsin uzadılmasına razılaşdığı bildirilir

GADTB: Bu gün ABŞ və İranın 60 günlük atəşkəsin uzadılması barədə razılığa gəldiyi bildirilib. Bununla …