Bazar ertəsi , İyul 13 2026
azfa

Azərbaycanlı fəallar rejimin Əkbər Nəiminin sosial şəbəkələri ilə hər növ su-istifadəsi etməsi barədə xəbərdarlıq etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəallar irqçi fars re4jimin azərbaycanlı fəal Əkbər Nəiminin sosial şəbəkələri vasitəsilə hər növ su-istifadəsi etməsi barədə xəbərdarlıq etdilər.

Onlar bildiriblər ki, azərbaycanlı fəal mühəndis Əkbər Nəiminin yanvarın 22-də saxlanmasına baxmayaraq, onun sosioal şəbəkələrdəki hesabları bu günə qədər dəfələrlə “online” vəziyyətdə olub.

Azərbaycanlı fəallar hesab edirlər ki, rejimin təhlükəsizlik məmurları Nəiminin sosial şəbəkələrdə olan hesablarına daxil olurlar. Bu isə onu göstərir ki, rejim bu vasitə ilə fəalı şərləmək üçün ip ucu axtarır.

Bu səbəbdən milli-mədəni fəallar Əkbər Nəiminin yaxınlarını ayıq-sayıq olmağa çağırmaqla yanaşı, təhlükəsizlik qüvvələrinin sosial şəbəkələrdə fəalın adından onlarla əlaqə saxlamağa cəhd edəcəkləri barədə həmin insanlara xəbərdarlıq edirlər.

Qeyd edək ki, irqçi fars rejimin təhlükəsizlik qüvvələri yanvarın 22-də səhər saatlarında fəalın Tehranın hava limanında yerləşən iş yerinə hücum etməklə onu yaxalayıblar.

Həmçinin yoxlayın

Təbrizin üç şirkətinin zərərçəkən investorları Tehranda etiraz aksiyası keçirdi; etirazçılar “Bayram vədi bəsdir, süfrəmiz boşdur” şüarı səsləndirdilər

GADTB: Təbrizin “Ayan”, “Lalə” və “Mümtaz” şirkətlərinin bir qrup zərərçəkmiş investoru Tehranda etiraz aksiyası keçirərək …

İran ərəb ölkələrinə raket və pilotsuz uçuş aparatları ilə hücum etdi

GADTB: İranın qərb və mərkəzi bölgələrində yerləşən müxtəlif buraxılış məntəqələrindən regionun ərəb ölkələrinə qarşı genişmiqyaslı …

Bir cavab yazın