Şənbə , İyul 11 2026
azfa

Azərbaycanlı fəallar Şahin Bərzgər və Məhəmməd Mahmudi ETTELAAT-dan Təbrizdəki Zindana köçürüldülər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejiminnpyabr etirazları dövründə yaxaladığı və təxminən 3 aydır rejimin Təbrizdə yerləşən ETTELAAT İdarəsinin təcridxanasında saxlanılan azərbaycanlı fəallar Şahin Bərzgər və Məhəmməd Mahmudi rejimin Təbrizdəki Zindana köçürüldülər.

Azərbaycanlı fəallar fevralın 3-də Təbriz həbsxanasına salınıblar.

Fəalların indiyədək saxlanılmasına səbəb rejimin  ETTELAAT İdarəsinin müdaxiləsi olub.

Qeyd edək ki, azərbaycanlı fəallar Şahin Bərzgər və Məhəmməd Mahmudi 2019-cu il noyabrın 17-də İranda bahalığa qarşı keçirilən kütləvi etirazlar zamanı Təbrizdə gecə saatlarında rejimin ETTELAAT əməkdaşları tərəfindən oğurlanıblar. Onlar həmin etirazlar zamanı saxlanılan çox sayda azərbaycanlı milli-mədəni fəal kimi, heç bir dəlil olmadan uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri: Xamenei şəbəkəsinin aktivlərini İran xalq üçün qoruyacağıq

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent Müctəba Xamenei ilə əlaqəli maliyyə şəbəkəsi və iş adamı …

İranda bu il minlərlə qadın saxlanılıb

GADTB: İranda insan haqları təşkilatı – HENGAW verib ki, 2026-cı ilin ilk yarısında İranda 5 …

Bir cavab yazın