Azərbaycanlı işçi fəalın həyatı təhlükədədir

GADTB: Tehranın Evin zindanında həbsdə saxlanılan və bir neçə xəstəlikdən əziyyət çəkən işçi hərəkatı fəalı Rza Şəhabinin müalicəsinə icazə verilmir.

Bildirilib ki, həbsxana rəhbərliyi bundan əvvəl Rza Şəhabinin tibbi məzuniyyətə buraxılması ilə bağlı söz verib, ancaq aylardır ki, bu yerinə yetirilməyib.

Qeyd edək ki, 2022-ci il mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir.

O, “hökumətə qarşı təbliğat” və “ökənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq”da ittiham edilərək, 6 il azadlıqdan məhrum edilib.

Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. Həbs edildiyi zaman məmurlar tərəfindən döyüldüyünə görə fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət alıb.        

Həmçinin yoxlayın

İran İsraildən intiqam əvəzinə bir yəhudi milyarderin gəmisini ələ keçirdi

GADTB: İran Hörmüz boğazında Portuqaliya bayrağı altında üzən gəmini ələ keçirməkdə ittiham olunur. Bu barədə …

Şorabil gölündə çirklənmə nəticəsində balıqlar məhv olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, baxımsızlıq nəticəsində Ərdəbilin Şorabil gölünün çirklənmə və ekoloji …