Çərşənbə axşamı , Avqust 11 2026
azfa

Azərbaycanlı milli-mədəni fəal Həbib Sasanianın apelyasiya məhkəməsi keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən şənbə 2018-ci il fevral ayının 24-də azərbaycanlı milli-mədəni fəal Həbib Sasanianın apelyasiya məhkəməsi irqçi fars rejiminin Təbrizdə yerləşən 26-cı Apelyasiya Məhkəməsində keçirilib.

Təbriz vaxtı ilə 11:30-da keçirilən məhkəmə iclasında azərbaycanlı şair və milli-mədəni fəalın 10 il həbs qərarına baxılıb.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Həbib Sasanianın yalan ittihamlarla qrup təşkil etmək və məxfi məlumatları ifşa etməkdə günahlandırılır. Lakin fəal həmin yalan ittihamları rədd edib. Fəal barədə hələlik son qərarın nədən ibarət olması məlum deyil.

Həmçinin yoxlayın

İraqda terrorçuları tərksilah planı SEPAH-ı hərəkətə keçirib

GADTB: İranın terrorçu İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının komandanı İsmayıl Qaani Bağdada səfər …

Tramp: İran ABŞ əsgərlərinin və öz xalqının öldürülməsinə görə təzminat ödəməlidir

GADTB: ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, İranın son «50 il ərzində» ABŞ …

Bir cavab yazın