Çərşənbə axşamı , İyul 28 2026
azfa

Beynəlxalq Ana Dili Günü münasibəti ilə Ərdəbildə divarlara qrafiklə şüarlar yazıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində 21 fevral Beynəlxaq Ana Dili Günü ilə bağlı ana dilində təhsil hüququ ilə bağlı divarlara çoxlu şüarlar yazılıb.

Qrafit üsulu ilə yazılan şüarlarla birlikdə ana dilində təhsilin qadağan olduğunu əks etdirən elementlər mövcuddur.

Azərbaycanlı fəallar şəhərin müxtəlif yerlərində “Ana dilimiz həbsdədir”, “Uşaqlarımızın ana dilinin məktəblərə daxil olmasına yol açın, Türk dilində mədrəsə – Olmalıdır hər kəsə”, “Türk dili İranda qadağandır”, “Beynəlxalq Ana Dili Gününü qeyd etmək qadağandır” və s. belə şüarlar yazılmışdır.

Qeyd edək ki, irqçi fars rejim Azərbaycan türklərinin və digər qeyri-fars millətlərin ana dilini qadağan etmişdir.  Hətta Beynəlxalq Ana Dili Günü mərasimi keçirən fəallar belə rejim tərəfindən həbs edilir.

Belə ki, Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarlı 2016-cı ildə Beynəlxalq Ana Dili Günü münasibəti ilə keçirilən mərasimə qatıldıqları üçün birlikdə 8 il həbs və 8 il sürgünə məhkum edilmişlər.

Həmçinin yoxlayın

Əhmədrza Cəlalinin azadlığa buraxılması istiqamətində səylər davam edir

GADTB: İsveç Xarici İşlər Nazirliyi farsdilli media orqanlarından birinə cavabında İranda edam cəzasına məhkum edilmiş …

Əsgər Əkbərzadə Ərdəbil həbsxanasında məhbusların saxlanma şəraitinin ağır və qeyri-insani olduğunu bildirib

GADTB: Ərdəbil həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadə ailəsi ilə görüşü zamanı məhbusların saxlanma …

Bir cavab yazın