Xəbərlər

Atom Enerjisi üzrə Beynəlxalq Agentlk  İranın zədələnməmiş nüvə obyektlərinə giriş tələb edir

GADTB: Atom Enerjisi üzrə Beynəlxalq Agentlk  İranın zədələnməmiş nüvə obyektlərinə giriş tələb edir.  İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin zədələnməmiş nüvə obyektlərinə baxış üçün bəzi tələblər irəli sürdüyünü bildirərək deyib: “Qahirə razılaşması çərçivəsində, bir həftədən az müddətdə cavab verirdik, lakin indi bu …

Ətraflı oxu »

Əndirgan kəndində xüsusi təyinatlılar kənd sakinlərinə atəş açır

GADTB: Xüsusi təyinatlıların hücumuna məruz qalan Əndirgan kəndində vəziyyət son dərəcə kritikdir. Yerli mənbələrin məlumatına görə, bir neçə gün öncədən axşam saatlarından təhlükəsizlik və hüquq-mühafizə qüvvələri Əndirgan kəsişməsində beton maneələr quraşdıraraq kəndə giriş-çıxışı əngəlləyir. Kəndi nəzarətdə saxlamaq məqsədilə həyata keçirilən bu tədbir kənd sakinlərinin kəskin etirazı ilə qarşılanıb. Ərazi sakinləri …

Ətraflı oxu »

Güney Azərbaycanın Muğan bölgəsində əkinçilər buğda pullarını ala bilmədiklərinə görə etiraz edirlər- Video

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində əkinçilər buğda pullarını ala bilmədiklərinə görə etiraz ediblər. Ərdəbil vilayətində, xüsusən Muğan (Parsabad) və Biləsavar şəhərlərində əkinçilərin əhəmiyyətli bir hissəsi dövlət ticarət şirkətinə təhvil verdikləri buğdanın qiymətinin tam məbləğini hələ də ala bilməyib. Kənd Təsərrüfatı Cihadı Nazirliyinin rəsmiləri tələbləri tədricən ödəyəcəklərini vəd etsələr də, əkinçilər …

Ətraflı oxu »

Qrossi İranın uran ehtiyatlarını saxladığı obyektləri açıqladı

GADTB: İranın zənginləşdirilmiş uran ehtiyatlarının əsas hissəsi Natanz, Fordo və İsfahanda saxlanılır. Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi deyib. “İran zənginləşdirilmiş uran ehtiyatlarının əsas hissəsini Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin girişinə icazə verilməyən məlum nüvə obyektlərində saxlayır. İranın uranın zənginləşdirilməsi səviyyəsi artırılsa bu, bir neçə nüvə silahı …

Ətraflı oxu »

Urmiyədə iki azərbaycanlı fəalın terror qruplarını tənqid etdiklərinə görə həbs edilib

GADTB: Urmiya şəhərində yaşayan iki türk fəal — Abbas Əlilu və Bəhram Əlilu 18 oktyabrda İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən iş yerlərində saxlanılıblar.Bu iki azərbaycanlı fəalın həbsi, “Ronahi” və “Hur Spor” komandaları arasında keçirilən futbol oyunu zamanı kürd terrorçu və ekspansionist hərəkatlarının tərəfdarları tərəfindən səsləndirilən antitürk şüarlarına onların göstərdiyi etiraz …

Ətraflı oxu »

Ekspert: “Urmiya gölü bərpa oluna bilər”

GADTB: Su və ətraf mühit üzrə iranlı ekspert Möhsün Xansəri bildirib ki, illərdir quruma təhlükəsi ilə üzləşən Urmu gölünün bərpası mümkündür. O, gölün ekoloji su hüquqları təmin olunacağı halda, təqribən 10 il ərzində tarazlıq vəziyyətinə gətirilə biləcəyini söyləyib. O, deyib ki, Urmu gölünün quruması regionun ekosisteminə və yerli əhalinin yaşayışına …

Ətraflı oxu »

Urmiya qəssabı kimi tanınan Simitqonun ailə üzvü Azərbaycan millətini qırğınla hədələyir

GADTB: Azərbaycan tarixində “Urmiya qəssabı” kimi tanınan İsmayıl Simkonun nəslindən olan Homan Simko” qalmaqallı açıqlamalarında Azərbaycan Türk Millətini qətlə yetirməklə hədələyib. İsveçdə yaşayan Simko ailəsində media xadimidir və kürd mediası bundan əvvəl ailəsinin keçmişi ilə bağlı ondan dəfələrlə müsahibələr almışdı. O, İsveçin Göteborq Universitetində elmi işlə məşğul olduğunu iddia edib. …

Ətraflı oxu »

Şimali Kiprdə Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Ərhürman qələbə qazanıb

GADTB: Şimali Kiprdə prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Ərhürman qələbə qazanıb. Bu barədə ŞKTC Ali Seçki Şurasının sədri Bertan Özərdağ məlumat verib. O qeyd edib ki, 777 seçki qutusundan 735-i açılıb. T.Ərhürman səslərin 62,80 faizini (84 630), müstəqil namizəd və hazırkı prezident Ərsin Tatar isə 35,77 (48 208) …

Ətraflı oxu »

Yəmən yaxınlığında yanan tanker İran qazı daşıyırmış

GADTB: Molla rejimin qanunsuz qazını daşıyan gəmi hədəf alınıb. “Tanker Trackers” izləmə platformasının məlumatına görə, dünən Ədən körfəzində alovlanan “Falcon” adlı tanker Əsəluyedən yola çıxaraq İranın mayeləşdirilmiş təbii qazını daşıyırdı. Mənbə bildirir ki, Kamerun bayraqlı gəminin ehtimal olunan hədəfi Yəmənin Ras-İssa limanı olub və o, İran neftini Husi qüvvələrinə aparırdı. …

Ətraflı oxu »

Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkiləri keçirilir

GADTB: Bu gün Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçirilən prezident seçkilərində saat 16:00-a seçici fəallığı bəlli olub. Saat 16:00-a olan məlumata görə, seçicilərin 53%-i səsvermədə iştirak edib. Qeyd edək ki, prezident seçkilərində əsas mübarizənin ŞKTC-nin müstəqilliyinin tərəfdarı olan Ersin Tatar və federasiya modelini dəstəkləyən Tufan Erhürman arasında olacağı proqnozlaşdırılır. Tufan …

Ətraflı oxu »