Cümə axşamı , İyul 16 2026
azfa

Çində koronavirusun laboratoriyadan yayıldığı yer aşkarlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çinin Vuhan şəhərindəki Virusologiya İnstitutuna aid buzxanada aralarında koronavirusun da olduğu 1500 fərqli virusun saxlanıldığını göstərən görüntülər ortaya çıxıb.

Fotoların 2018-ci ildə Çinin xəbər agentliyi tərəfindən Tvitter vasitəsilə yayımlandığı və daha sonra silindiyi məlum olub.

İngilis mətbuatı həmin virusların qorunduğu buzxananın qapılarından birinin sınıq olduğunu yazıb.

ABŞ-ın CNN telekanalı da ABŞ kəşfiyyatının COVİD-19 virusunun Uhanda yarasa viruslarında araşdırma aparan laboratoriyaların birindən yayıldığı iddalarını araşdırdığını bildirib.

Qeyd olunub ki, Uhandakı Virusologiya İnstitutunda olan iki diplomat 2018-ci ilin yanvar ayında laboratoriyadakı təhlükəsizlik tədbirlərinin az olduğunu və burada aparılan işlərin SARS virusuna bənzər xəstəliyə yol açacağına səbəb olacağı ilə bağlı Xarici İşlər Nazirliyini xəbərdar edib.

Onu da qeyd edək ki, həmin laboratoriya vəhşi heyvanların satıldığı bazarın yaxınlığında yerləşir.

CNN kəşfiyyat orqanlarına istinadla bildirir ki, ABŞ rəsmiləri virusun bioloji silah olduğuna inanmır, amma COVİD-19-un buradan təsadüfən yayılması ehtimalını araşdırırlar.

ABŞ Baş Qərargah rəisi Mark Milli bununla bağlı açıqlamasında kəşfiyyatın bu iddiaları ciddi şəkildə araşdırdığını, virusun təbii yolllarla ortaya çıxdığına dair önəmli sübutların olmasına baxmayaraq heç bir nəticə əldə edə bilmədiyini bildirmişdi.

ABŞ dövlət katibi Mayk Pompeo da ABŞ-ın koronavirusun kökünü anlamaq üçün ciddi şəkildə işlədiklərini demişdi.

Həmçinin yoxlayın

Molla rejimin Xatəmül-Ənbiya Mərkəzi Qərargahı hədələdi: İnfrastruktura hücum ediləcəyi təqdirdə, regiondakı bütün infrastruktur hədəfə alınacaq

GADTB: İrqqi fars-molla rejimin Silahlı Qüvvələrinin fəaliyyətinin əlaqələndirilməsinə və müharibənin idarə olunmasına cavabdeh olan Xatəmül-Ənbiya …

ABŞ-nin hücumlarında ölənlərin sayını açıqlandı

GADTB: İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Hüseyn Kermanpur bildirib ki, son bir gündə …

Bir cavab yazın