Şənbə , İyul 18 2026
azfa

Daşqından sonra Xoy kəndlərinin yolları hələ də bağlıdır; sakinlər təhlükəsiz nəqliyyat hüququnun təmin olunmasını tələb edirlər

QADTB: Son günlər yağan güclü yağışlar və baş verən sel nəticəsində Xoy bölgəsində bir neçə kəndinə gedən yollar hələ də bağlıdır və ya ciddi zədələnib. Bu vəziyyət kənd sakinlərinin tibbi xidmətlərə, nəqliyyata və digər ictimai xidmətlərə çıxışını ciddi şəkildə çətinləşdirib.

Kənd sakinlərindən biri yolun bağlı olmasına etiraz edərək rayon icra başçısına və vilayət rəhbərliyinə müraciətlə bildirib: “Yol bağlıdır, xəstələrimiz var, avtomobillər keçə bilmir, hətta bir avtomobil dərəyə aşıb.” Sakinlərin sözlərinə görə, hər dəfə güclü yağış və sel baş verdikdə bu yol dağılır və dəfələrlə edilən müraciətlərə baxmayaraq onun möhkəmləndirilməsi və təhlükəsiz hala gətirilməsi istiqamətində təsirli addımlar atılmayıb.

Bölgə əhalisi bildirir ki, bu vəziyyət yalnız insanların həyatı üçün təhlükə yaratmır, eyni zamanda tibb müəssisələrinə, məktəblərə və təcili yardım xidmətlərinə çıxışı da pozur və fövqəladə hallarda onları ciddi risklərlə üz-üzə qoyur.

Dövlət Konstitusiyaya və beynəlxalq öhdəliklərinə, o cümlədən İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktdan irəli gələn öhdəliklərinə əsasən, ictimai infrastrukturun elə idarə olunmasını təmin etməlidir ki, bütün vətəndaşların ictimai xidmətlərdən istifadə, sağlamlıq, təhlükəsiz hərəkət və zəruri xidmətlərə ayrı-seçkilik olmadan çıxış hüquqları qorunsun. Eyni zamanda, təbii fəlakət riski yüksək olan bölgələrdə qabaqlayıcı tədbirlərin görülməsi, yolların möhkəmləndirilməsi və təbii fəlakətlərdən irəli gələn risklərin azaldılması dövlətin əsas vəzifələrindən hesab olunur.

Həmçinin yoxlayın

Molla rejimi həbs etdiyi milli fəallar barədə ailələrinə məlumat vermir

GADTB: bir müddət öncə Ərdəbil və Xiyav (Meşgin) şəhərlərində həbs edilən azərbaycanlı milli fəallar Siyamək …

İranda daha bir neçə körpü və rabitə infrastrukturu ABŞ hücumlarının hədəfi olub

GADTB: Sepaha yaxınlığı ilə tanınan Təsnim xəbər agentliyi ABŞ-ın İrana qarşı hücumlarının yeddinci gecəsində Bəndər-Abbas–Rudan …