GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Tikantəpə şəhərində kürd terror qruplaşmasının simvollarının şəhərdə tikilən qaval abidəsinəquraşdırıması əhalinin ciddi etirazına səbəb olub.
Əhalinin etirazlarından sonra Tikantəpənin imam cüməsi İsa Bəradəri də terror simvollarının şəhərə yerləşdirilməsinə etiraz edərək, həmin simvolu quraşdıran şəhər şurasına seçilmiş kürd terror qruplaşmasının tərəfdarı Hüseyn Mikiyilini, eləcə də bələdiyyə sədrini kəskin tənqid edib.
O, cümə xütbəsində məsullardan Pjak terror qruplaşmasının şəhərin Moləvi meydanında quraşdırılan simvolunun oradan çıxarılmasını tələb edib.
İmam cümə Tikantəpə (Tikab) şəhər şurasına seçilmiş pkk-çı kürd üzvlərinin səhv düşüncələrinin yuxarıda qeyd edilən fitnəyə yol açdığını deyib və terror qruplaşmasının simvolunun meydanda quraşdırılmasını böyük xəyanət adlandırıb.
Bəradəri deyib: “Bu bir neçə səhv düşünən şəxs türklər və şiələrin duyğularının təhrik olmasına zəmin yaratmamalıdır”.
İmam cümə İsa Bəradəri kürd terror təşkilatının tarixi Azərbaycan şəhəri olan Tikantəpədə simvolunun quraşdırılmasının bu şəhərə mühacirət etmiş radikal kürdlərin ciddi fəaliyyətlərindən biri kimi dəyərləndirib və deyib ki, minlərlə şəhid, döyüşçü və ya böyük insanın şəkli yerinə şəhərdə terror təşkilatının simvollarının quraşdırılması bağışlanası günah deyil.
Bəradəri bələdiyyə məsullarına da deyib ki, virtual məkana baş çəkin, görün ki, bu simvolu kim təsdiqləyib və kimlərin bayrağına bənzədiblər. O, bu addımın təəssüf və utanc doğurduğunu, daha məsulların simvol hazırlama işlərinə inanmadığını, onları qeyd edilən atributla gizli mesaj ötürmək məqsədlərinin olduğunu bildirib.
Bəradəri deyib: “Bu terror simvoluna görə, ötən bir neçə gündə xalq bizə etirazını bildirib və çəkinliklə onların küçələrə axışmasının qarşısını ala bilmişik”.
Bəradəri Tikantəpə şəhər şurasınaseçilmiş xain türk Əbülfəz Məqsudinin kürd üzvlərinin məkrli planlarında iştirak etdiyinə də toxunaraq deyib: “Sənin qanundan xəbərin yoxdur. Sən ya nadan və cahilsən, ya da xainsən!”
İsa Bəradəri Tikantəpə bələdiyyəsi qarşısında quraşdırılmış Təkə elementinin yığışdırılmasında Qərbi Azərbaycan vilayətinin yerli olmayan valisinin və Hüseyn Mikailinin rolunu bir daha xatırladaraq, məsulların şəhərin əsil sakinləri yəni türklərin etirazları və hisslərinə heç bir əhəmiyyət vermədikləri, əksinə ifratçı kürdlərin mənafeyini üstün tutmaqları və beləliklə, şəhərdə milli və dini qarşıdurmanı qızışdırdıqlarını bildirib.
Bəradəri aidiyyəti rəsmilərdən terror təşkilatının simvolunun təcili ərazidən götürülməsini və günahkarların cəzalandırılmasını istəyib. O, əks təqdirdə, şəhər əhalisinin küçələrə axışıb, bunu edəcəyi barədə xəbərdarlıq edib.
Qeydedək ki, Tikantəpədə şəhərdə quraşdırılan böyük qavalın içərisində kürd terror qruplaşmalarının simvolu olan günəş xüsusi “ustalıqla” yerləşdirilib. Üstəlik həmin terrorçu simvolları “Mənim Tikabım” və bələdiyyəyə məxsus “Şəhərin Dinamikası” adlı Telegram kanalları, eləcə də Nasih Məhəmmədxani və Əbülfəz Məqsudi tərəfindən İnstagram səhifələrində təbliğ edilməkdədir. Onlar buna etiraz edənlərin şərhlərini silir, özlərini də blok edirlər.
Kürd terror qruplaşmalarının dəstəkçisi olan bələdiyyə başçısı Nasih Məhəmmədxaninin İnstagram hesabı:
Tikantəpə Şəhər Şurasının xain üzvü Əbülfəz Məqsudinin İnstagram hesabı: