Bazar ertəsi , İyul 27 2026
azfa

Fəallar Ərdəbildə təhsil ilinin 4-cü günündə türk dilində kitabların paylanmasını davam etdirib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin mənəvi soyqırım siyasətinə etiraz olaraq, Güney Azərbaycanda yeni dərs ilinin başlandığı gündən yəni 4 gündür azərbaycanlı milli-mədəni fəallar tərəfindən şagirdlərə türk dilində kitab paylama aksiyası davam edir.

Bu gün tədris ilinin 4-cü günündə məktəblərdə və küçələrdə azərbaycanlı şagirdlərə türk dilində kitab hədiyyə etmə davam edib.

Azərbaycanlı fəalların bildirdiyinə görə həmin aksiya bir həftə müddətinə davam edəcək və hər bir azərbaycanlı məktəbliyə minimum bir cild türk dilində kitabın hədiyyə edilməsi nəzərdə tutulub.

Aksiya azərbaycanlı şagirdlər və valideynlərin tərəfindən böyük coşqu ilə qarşılanıb.

Həmçinin yoxlayın

Molla rejimi Bocnurd türkü Araş Mirzayini 3 il həbs cəzasına məhkum edib

GADTB: 19 yaşlı Bocnurd şəhərindən olan türk gənci Araş Mirzayi Bocnurd İnqilab Məhkəməsinin 107 saylı …

Molla rejimi nüvə proqramını danışıqlarda sonuncu prioritet kimi təqdim edir

GADTB: Əl-ərəbiyyə telekanalının bir mənbəyə istinadən verdiyi məlumata görə, İran Pakistan rəsmilərinə danışıqları tərk etmədiyini, …

Bir cavab yazın